Qiymətli kağızlar sahəsində qanunvericiliyə yenidən baxılmasına ehtiyac var. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı belə hesab edir
“Qiymətli kağızlar haqqında” qanun 2015-ci ildə qəbul edilib və yenilənməlidir. Bundan başqa, hesab edirəm ki, qiymətli kağızlar bazarı iştirakçılarının - investisiya şirkətlərinin, brokerlərin və s.-nin fəaliyyətini tənzimləyən qanun layihələri hazırlanmalıdır”, - deyə o, bu gün Bakıda keçirilən “VISA Cashless Forum”da bildirib.
İcraçı direktor, həmçinin qeyd edib ki, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsinə artıq müvafiq dövlət qurumları tərəfindən baxılır. O, sənədin bu il parlament tərəfindən qəbul olunacağına ümidvar olduğunu deyib.
Xəbər verildiyi kimi, maliyyə bazarı tənzimləyicisinin fikrincə, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun qəbul edilməsi müxtəlif ödəniş xidmətləri təqdim edən şirkətlərin rəqabət qabiliyyətini artıracaq, həmçinin onların maliyyə alətlərinə çıxış imkanlarını genişləndirəcək. Qanun, həmçinin Azərbaycanda mikromaliyyə şirkətlərinin vəziyyətinin yaxşılaşmasına imkan verəcək, elektron pulların və digər yeni maliyyə alətlərinin buraxılması üçün hüquqi bazanı təmin edəcək, eləcə də maliyyə bazarı iştirakçılarının siyahısını genişləndirəcək.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət