2020-ci ilin yanvar ayında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 4,2 mlrd. manat təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 2,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 16,6% artıb.
Bu dövrdə sənaye məhsulunun 68,4%-i mədənçıxarma sektorunda, 26,4%-i emal sektorunda, 4,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Yanvar ayında kompüter, elektron və optik məhsulların istehsalı 2,2 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 89,8%, ağacın emalı və ağacdan məmulatların istehsalı 82,8%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 72,8%, geyim istehsalı 70,1%, hazır metal məmulatlarının istehsalı 63,9%, əczaçılıq məhsullarının istehsalı 60%, mebel istehsalı 53,3%, içkilərin istehsalı 40,8%, kimya sənayesi məhsullarının istehsalı 40,5%, metallurgiya sənayesi məhsullarının istehsalı 38,8%, tikinti materiallarının istehsalı 35,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,7%, neft məhsullarının istehsalı 21,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,5%, tütün məmulatlarının istehsalı 1,6%, qida məhsullarının istehsalı 1,1% artıb.
Yanvarda toxuculuq sənayesi məhsullarının istehsalı 1,4%, kağız və karton istehsalı 9,1%, poliqrafiya məhsullarının istehsalı 30,3%, elektrik avadanlıqlarının istehsalı 33,3%, maşın və avadanlıqların istehsalı 44%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 59,7% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1% artıb.
2019-cu ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 4,3% artıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət