On ildən az müddətdə İtaliya və Azərbaycan arasında ticarət dövriyyəsi 70% artıb. Bunu İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo deyib.
“İtaliya Azərbaycanın birinci ticari tərəfdaşı hesab olunur. On ildən az müddətdə bizim ticari əlaqələrimiz 70% artıb. Son on ildə İtaliyanın Azərbaycandan olan idxalı 55,5 milyard avro təşkil edib. Bizim şirkətlərimiz Azərbaycanda aktiv fəaliyyət göstərir və son 15 ildə onlar tərəfindən Azərbaycanda qazanılmış tenderlərin dəyəri 7 milyard avro təşkil edir”, - deyə o, bu gün Romada keçirilən İtaliya-Azərbaycan biznes forumunda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, 100-dən çox İtaliya şirkəti hazırda Azərbaycanda dizayn, turizm, aqrar sənaye, nəqliyyat və logistika sahələrində fəaliyyət göstərir.
“Bizim sənaye sahəsində əməkdaşlığımızı gücləndirmək üçün lazımi şərtlərimizin hamısı var. Biz əminik ki, italyan şirkətlərinin bacarıqları sizə kömək edəcək. Mən əminəm ki, Abşeron ərazilərinin münbitləşdirilməsində italyan şirkətləri böyük rol oynaya biləcəklər. Eləcə də demək istəyirəm ki, italyan şirkətləri infrastruktur, maşınqayırma, əczaçılıq, tekstil və ağır sənaye sahələrində fəaliyyət göstərməkdə çox maraqlıdırlar”, - deyə Di Mayo əlavə edib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət