“Visa” qlobal ödəniş texnologiyaları şirkəti nağdsız hesablaşmaların inkişafı və populyarlaşması məqsədilə Azərbaycan hökumətinin fəaliyyətini müsbət dəyərləndirir. Bunu şirkətin Azərbaycan və Qafqaz regionu üzrə direktoru Kristina Doroş “İnterfaks-Azərbaycan”a deyib.
“Visa”nın Azərbaycanın tənzimləyici orqanlarının uzunmüddətli tərəfdaşı və nağdsız hesablaşmaların inkişafı məsələlərində bazarın iştirakçısı olduğunu qeyd etmək mənim üçün çox xoşdur. Azərbaycan Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiya ilə fəal əməkdaşlıq edirik. Qeyd olunan təmsilçilər vasitəsilə ümumilikdə dövlətin həyata keçirdiyi tədbirlər həqiqətən öz nəticəsini verir”, - Doroş bəyan edib.
Onun sözlərinə görə, tənzimləyici orqanlar və dövlət tərəfindən ödəniş texnologiyalarının inkişafı və tətbiqinə hazırlıq nöqteyi nəzərindən Azərbaycan “ən qabaqcıl bazarlardan biridir”.
“Visa” ilə tərəfdaşlıqda reallaşdırılan təşəbbüslərdən başlayaraq və dövlətin müstəqil həyata keçirdiyi tədbirlərə qədər, bura vahid ixrac pəncərəsinin yaradılması, çox fəal inkişaf edən elektron hökumət platforması daxildir, dövlət tərəfindən həyata keçirilən bütün bu addımlar və təşəbbüslər nağdsız hesablaşmaların inkişafına kömək edir”, - Doroş belə hesab edir.
“Visa”nın regional direktoru qeyd edib ki, Azərbaycanda nağdsız hesablaşmaların gələcəkdə inkişafı üçün növbəti addım hesabların distant açılması üçün qanunvericilik çərçivələrinin qəbul ola bilərdi.
“Həmçinin burada qeyd etmək lazımdır ki, yəqin ki, Azərbaycan MDB və Cənub-Şərqi Avropanın bütün ölkələri arasında Skype-da zənglər vasitəsilə müştərilərin kənardan eyniləşdirilməsi imkanını nəzərdən keçirən ilk dövlətdir. Bu həqiqətən əsas təşəbbüslərdən biridir, çünki bu cür proses müştərilərə banka gəlməmək, banka isə məsafədən xidmətlər göstərmək imkanı yaradır. O cümlədən, Azərbaycan kartların ödənişə qəbulu şəbəkəsinin genişləndirilməsi məqsədilə ticarət nöqtələri ilə düzgün qarşılıqlı əlaqə istiqamətində çox fəal irəliləyir. Azərbaycanın dövlət orqanlarının nəinki Bakıda, həm də problemin daha kəskin olduğu bölgələrdə kartların qəbulu şəbəkəsinin inkişafı məsələsinə xüsusi diqqət ayırmaları çox vacibdir”, - Doroş bildirib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət