2019-cu ildə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 3,317 min tona yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2019-cu ildə müsadirə edilmiş 3,317 ton narkotik maddələrin 2,066 tonu heroin, 822,1 kiloqramını marixuana, 288,2 kiloqramını tiryək, 22,8 kiloqramını həşiş, həşiş yağı və qətran,113,8 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib”, - DSK-dan bildiriblər.
Ötən il Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 4,383 min cinayət qeydə alınıb, bu da ölkədə törədilən cinayətlərin 16,4%-ni təşkil edib. Ümumilikdə, 2019-cu ildə hüquq-mühafizə orqanları tərəfindən 26,672 min cinayət hadisəsi qeydə alınıb.
“Hesabat dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər törədən 3,464 min nəfər müəyyən edilib, onların 2,8%-i əcnəbidir. Qanun pozucularının ümumi sayından 98,8%-i məsuliyyətə cəlb olunub”, - DSK-dan vurğulanıb.
Cinayət törətmiş şəxslərin 70,3%-ni heç yerdə işləməyən və oxumayanlar təşkil edir. Cinayət törədənlərin 23,6%-i 18-24 yaşlı vətəndaşlar, 0,4%-i yetkinlik yaşına çatmayanlar, qalanı 30 və yuxarı yaşlı şəxslər olub.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət