Son illərdə ölkənin bank sektoru 2015-ci ildə baş vermiş iki devalvasiyadan sonra tədricən özünə gəlməyə başlayıb. Bankların aktivləri, kredit portfelləri, mənfəətliliyi və kapitallaşması getdikcə artır. “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov “İnterfaks-Azərbaycan” agentliyinə bankın əldə etdiyi nailiyyətlər və sektor qarşısında duran problemlər barədə danışıb.
Bank 2020-ci ili də mənfəətlə başa vurmağı planlaşdırır.
Hüseynov qeyd edib ki, “Unibank” 2015-ci il böhranının nəticələrini demək olar ki, tamamilə aradan qaldıra bilib və keçən ili mənfəətlə başa vurub. Bu mənfəətin isə kapitallaşmaya yönəldilməsi planlaşdırılır.
“Deyə bilərəm ki, bank 2015-ci ildə manatın iki dəfə devalvasiyaya uğraması səbəbindən yaranmış böhranın nəticələrini demək olar ki, tamamilə aradan qaldıra bilib. Sözsüz ki, prezidentin kompensasiyanın ödənilməsi (problemli kreditlər üzrə - İF) ilə bağlı fərmanı xüsusi rol oynayıb. Əhalinin borc yükü azalıb, çox sayda problemli kredit borcu bağlanıb, sektorda yüksək likvidlik yaranıb ki, bu da həm kreditləşmə, həm də faiz dərəcələrinin aşağı salınması imkanlarını artırır. Bankın 2019-cu ildə əldə etdiyi mənfəət kapitallaşmanın artırılmasına yönəldilib. Proqnozlara görə, 2020-ci ildə mənfəət 15-20 milyon manat səviyyəsində olacaq. Daha çox kapital iqtisadiyyatın kreditləşdirilməsi üçün daha çox imkanlar deməkdir. 2020-ci ilin yekunları üzrə dividendlərin ödənilməsi məsələsinə gəlincə, hələ tezdir. Hər şey yekun mənfəətdən, eləcə də bütün digər normativ göstəricilərdən asılı olacaq.
Real sektorun kreditləşdirilmə həcminin artırılması iqtisadiyyatın “ağardılma”sından asılıdır
Hüseynovun sözlərinə görə, bu gün real sektorun kreditləşdirlməsi yavaş templərlə də olsa, inkişaf edir. Bank rəhbəri hesab edir ki, gələcək inkişaf bir sıra qanunvericilik islahatlarının aparılmasını, eləcə də kölgə iqtisadiyyatı ilə mübarizə tələb edir.
“Bu gün “Unibank”ın portfelinin demək olar ki, yarısı iqtisadiyyatın real sektoruna qoyulan biznes kreditləridir. Burada ticarət, xidmət, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı və digər sahələrə aid kreditlər var. Fikrimcə, mikrokreditləşmə sektoru xüsusi diqqətə layiqdir.
Burada qanunvericiliklə bağlı bir sıra islahatlar aparmaq, fiskal orqanlarla müəyyən müddətə qarşılıqlı əlaqənin sadələşdirilmiş formasını tətbiq etmək lazımdır. İnkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrini gözdən keçirmək olar. Məsələ “banklara nəyin mane olmasında” deyil, çünki iqtisadiyyatda islahatlarla bağlı görülən tədbirlər çox əhəmiyyətli nəticə verib. Kiçik və orta sahibkarlığın fəaliyyəti kölgədən çıxır. Ancaq böyük bir hissə, deyəsən, hələ “yoldadır”. Məsələn, Sədərək, Binə, Dərnəgül kimi iri əşya və tikinti materialları bazarlarının sahibkarları bizə müraciət edir. Biz bu kredit müraciətlərini nəzərdən keçirə bilmərik, çünki bu sahibkarların heç bir rəsmi hesabatı yoxdur və vəsaitlərin hərəkətini izləmək mümkün deyil. Bu, həm requlyasiyaya, həm qanunvericiliyə, həm də tərəfimizdən risk qiymətləndirməsinə ziddir. Bu şirkətlər hələ də nağd pul dövriyyəsi zonasında əməliyyat aparır. Lakin bu bazarların dövriyyəsi qeyri-neft sektorunun böyük hissəsini təşkil edir.
Bu vəsaitlərin hərəkətinin “ağardılması”nın verəcəyi effekti təsəvvür edin. Həm bu subyektlərin kreditləşdirilməsi, həm də bank sektorundakı resursların dəyəri baxımından. Bundan başqa, son vaxtlar strateji sahələrimiz – aqrar sektor və turizm sürətlə inkişaf edir. Ölkədə yeni bağların, plantasiyaların, istixanaların sayı sevindirir. Çünki bu, daxili tələbatın təmin edilməsi ilə yanaşı, həm də ixracdan əldə edilən gəlirlərdir.
Biz, həmçinin ölkədə turistlərin sayının artdığını da görürük. Ancaq fikrimcə, onların sayı o qədər də çox deyil. Mümkün səbəblərdən biri də Bakıya uçuşun qiyməti və 3-4 ulduzlu otellərin sayının az olmasıdır. Amma turist axını yeni ticarət, ictimai iaşə, xidmət obyektləridir. Bu da yeni müştərilər, yeni iş yerləri və ölkə büdcəsinə vergilər deməkdir.
Əhalinin əmanətlərinin sığortalanması ilə bağlı vəziyyət sadə deyil
“Unibank”ın İdarə Heyətinin sədrinin sözlərinə görə, bu gün banklarda yüksək likvidlik müşahidə edilir və sektorun əmanətlərin cəlb edilməsinə xüsusi marağı yoxdur. Bununla yanaşı, əhalinin əmanətlərinin sığortalanması ilə bağlı çətin vəziyyət qalmaqdadır, çünki əmanətlərin tam sığortalanma müddəti artıq başa çatıb və bir sıra bankirlər bu sistemin müddətinin uzadılmasına qarşıdırlar.
“Yuxarıda qeyd etdiyim kimi, bu gün sektorda yüksək likvidlik müşahidə edilir. Depozitlərin sığortalanması (fiziki şəxslərin - İF) məsələsinə gəlincə, bu, asan deyil. Sözsüz ki, əmanətlər sığortalananda əhali özünü rahat hiss edir. Bir sıra bankların, o cümlədən kifayət qədər iri bankların bağlanması hələ unudulmayıb. Hazırda bu məsələ ilə bağlı işlər davam edir və yaxın günlərdə hökumətin son qərarı məlum olacaq”, - deyə Hüseynov bildirib.*
Ə.Məmmədov, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət