Azərbaycan Vyanada OPEC+ ölkələrinin nazirlərinin görüşündə təklif olunacaq azalmanın həcmlərindən asılı olaraq neft hasilatının əlavə azaldılmasına razı ola bilər. Bu barədə energetika nazirinin müşaviri, nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva məlumat verib.
“Bütövlükdə, hazırki vəziyyətdə neft bazarının dəstəyə ehtiyacı var. Sabah Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vyanada keçiriləcək OPEC+ ölkələrinin nazirlərinin görüşünə yola düşəcək”, - Əliyeva “İnterfaks-Azərbaycan”a bildirib.
Azərbaycanın əlavə azalmasına getməyə hazır olması məsələsinə toxunan müşavir bəyan edib: “Baxarıq, hər şey nə qədər həcmdən gedəcəyindən asılı olacaq”.
Xəbər verildiyi kimi, martın 5-də OPEC ölkələrinin nazirlərinin konfransı keçiriləcək. Martın 6-da son qərarın təsdiqi məqsədilə OPEC+ ölkələrinin nazirləri toplaşacaqlar.
Dünən OPEC+ ölkələrinin Texniki Komitəsi 2018-ci ilin oktyabr ayı ilə müqayisədə gündəlik neft hasilatının 1,7 milyon barrel azaldılması üzrə cari sazişin aprel ayından 2020-ci ilin sonunadək uzadılması ilə bağlı tövsiyyə verib. Həmçinin ikinci rübdə həcmin gündəlik 600 mindən 1 milyon barrelədək azaldılması tövsiyyə olunub. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət