Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Yekaterinburqda keçiriləcək İddiaçılar Turnirində iştirakdan imtina etmə səbəbi ilə bağlı bəyanat yayıb.
Daha əvvəl Beynəlxalq Şahmat Federasiyası (FIDE) elan etmişdi ki, Rəcəbov şəxsi səbəblərdən turnirdə iştirakdan imtina edib.
Lakin T.Rəcəbov verdiyi bəyanatda qeyd edib ki, onun bu addımı koronavirus epidemiyası ilə əlaqədardır.
"15 mart - 5 apreldə mən Rusiyanın Yekaterinburq şəhərindəki dünya çempionu adına İddiaçılar Turnirində iştirak etməli idim. Məlum olduğu kimi, hazırda bütün dünyada koronavirus epidemiyası yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanın ən yüksək səviyyədə - qırmızı işıqda olduğunu bəyan edib. Dünyada bir çox yarış və əlamətdar tədbirlər situasiyanın inkişafından asılı olaraq, ya ləğv edilir, ya da daha gec tarixlərə keçirilir. Beynəlxalq Şahmat Federasiyası (FIDE) bir sıra profilaktik tədbirlər həyata keçirib. Çinli şahmatçılar, onların məşqçiləri və müşayiətçilərinin Rusiya ərazisində 14 günlük karantin keçəcəkləri açıqlanıb. Çinli şahmatçılardan biri, məşqçi və nümayəndə heyəti həqiqətən də karantinə alınıb. Lakin Çindən olan digər iştirakçı karantin keçməyəcək və turnir başlayanda koronavirus epidemiyasının hər gün artdığı ölkədən gələcək. Bundan başqa, iştirakçılardan birində və ya iştirakçılarla təmasda olacaq məşqçi və ya müşayiət edənlərlə, müsahibə alan jurnalistlərlə, hakimlərdə soyuqdəymə və ya virus infeksiyasının kəskin respirasiyası (VİKR) əlamətləri, yaxud Allah eləməsin, koronavirus aşkarlandıqda turnirin necə olacağına dair FIFA-nın izahatı yoxdur. İştirakçılar karantinə alınacaqmı, analizlər və virusun dəqiq olub-olmamasının müəyyənləşdirilməsi üçün hansı müddət və mərhələ gərəklidir? İddiaçılar Turniri 22 günlük və 14 turdan ibarət şahmat marafonudur. Dünya epidemiyası şəraitində turnirin necə inkişaf edəcəyi, virus və ya adi VİKR aşkarlanacağı halda xəstələnmiş iştirakçıya, hakimə qarşı hansı tədbirlərin görüləcəyini heç kim izah etmir”, - deyə bəyanatda bildirilir.
Yaranmış bütün belə məqamlarla əlaqədar şahmatçı FIDE-yə turniri başqa tarixə keçirməsi təklifi ilə müraciət edib. “Lakin bu təklifimə rədd cavabı almışam. Yuxarıda göstərilənlərlə əlaqədar belə şərtlərin İddiaçılar Turniri kimi vacib yarışda maksimal oyun səviyyəsi ortaya qoymaq üçün lazımi olan konsentrasiya və əhval-ruhiyyə səviyyəsinə güclü təsir edə və sağlamlıq üçün təhlükə yarada biləcəyini hesab etdim. Nəticədə məni digər iştirakçı ilə əvəzlədilər", - deyə o vurğulayıb.
Turnirdə 8 şahmatçı -Yan Nepomnyaşi, Kirill Alekseyenko və Aleksandr Qrişuk (Rusiya),Dinq Liren vəHao Yanq (Çin), Aniş Giri (Niderland), Fabiano Karuana (ABŞ) və Maksim Vaşye-Laqrav (Fransa)iştirak edəcəklər. Turnirin qalibinorveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət