Özbəkistan Azərbaycanla ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçirir, tərəflər $355 milyon dəyərində birgə layihələr hazırlayır. Bu barədə Özbəkistan prezidentinin rəsmi saytında məlumat verilir.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev martın 9-da Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək inkişafına həsr olunmuş müşavirə keçirib.
"Müşavirədə qeyd olunub ki, son illər iki ölkə arasında qarşılıqlı ticarət və investisiya göstəriciləri durmadan artır. Belə ki, 2019-cu ilin yekunları üzrə Azərbaycanla ikitərəfli ticarətin həcmi 55,7% artıb. Hazırda ölkəmizdə Azərbaycan kapitalı ilə fəaliyyət göstərən müəssisələrin sayı 178-dir", - deyə məlumatda bildirilir.
Müşavirə çərçivəsində mövcud layihələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə və investisiya, ticarət və nəqliyyat-logistika sahələrində Azərbaycanla ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair yeni təkliflərin hazırlanmasına xüsusi diqqət yetirilib.
"Azərbaycanlı tərəfdaşlarla sənaye kooperasiyasının təşkili çərçivəsində dəyəri $355 milyondan artıq olan layihələr hazırlanır. Xüsusilə minik avtomobilləri və avtobusların yığılmasının təşkili nəzərdə tutulur. Neft-qaz sahəsində qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edir", - deyə məlumatda qeyd olunur.
Martın 16-17-də Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.
Mirziyoyev Azərbaycan şirkətləri və təşkilatları ilə ticarət və investisiya əlaqələrinin gücləndirilməsi sahəsində əməkdaşlığın yeni istiqamətlərini nəzərdən keçirməyi tapşırıb.
"Azərbaycanla kənd təsərrüfatı, üzümçülük və şərabçılıq, zərgərlik, neft və qaz, nəqliyyat və logistika, eləcə də təhsil sahələrində əlavə olaraq yeni layihələrin hazırlanması tapşırılıb", - deyə Özbəkistan prezidentinin rəsmi saytında vurğulanır.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət