Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın milli valyutasında istiqrazların buraxılması üzrə planlarını saxlayır. Bunu AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterink deyib.
"Milli valyutada istiqrazların buraxılması bizə Azərbaycanda kapital bazarlarının inkişafını dəstəkləməyə imkan verəcək. Bu məsələ hələ müzakirə mərhələsindədir. Qanunvericiliyə bir sıra dəyişikliklərin edilməsi lazımdır və bu, həyata keçirilən kimi biz manatla istiqrazların buraxılması imkanlarını ciddi şəkildə nəzərdən keçirməyə başlayacağıq", - deyə Riqterink "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Öz növbəsində, AYİB-in Bakı Ofisinin rəhbəri İvan Duarte qeyd edib ki, bank qanunvericiliyə dəyişikliklərin edilməsi üçün lazımi təkliflər hazırlayıb və bu təkliflər hazırda Mərkəzi Banka təqdim edilib. “Biz dəyişikliklərin nəzərdən keçirilməsi üçün yeni parlamentin fəal işə başlamasını gözləyirik", - deyə o əlavə edib.
AYİB 2016-cı ildə Azərbaycanın milli valyutasında istiqrazların emissiyasını həyata keçirməyi planlaşdırdığını açıqlayıb.
2019-cu ilin mart ayından etibarən Azərbaycanda qüvvəyə minən yeni qaydalara əsasən, xaridə qeydiyyatdan keçən xarici maliyyə institutları Azərbaycanda istiqraz emissiyası həyata keçirmək hüququna malikdir.
Manat istiqrazlarının yerləşdirilməsi ilk olaraq Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən həyata keçirilib. 2019-cu il avqustun 1-də bank ilk tranşı (10 milyon manat) yerləşdirib. Kağızlara tələb ümumilikdə təklifi 8 dəfə üstələyib. Bütövlükdə, il ərzində bank 50 milyon manat məbləğində manat istiqrazlarının emissiyasını planlaşdırır.
Bundan əlavə, Asiya İnkişaf Bankı da manat istiqrazlarının emissiyasını həyata keçirməyi planlaşdırdığını bildirib.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bank indiyədək Azərbaycanda 170 layihənin maliyyələşdirilməsinə 3,3 milyard avro ayırıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət