Aşağıbüdcəli "Buta Airways" şirkəti martın 12-dən təyyarələrində əl yükünün daşınması qaydalarına dəyişiklik edib.
“Yeni qaydalara əsasən hər sərnişin hava gəmisinin göyərtəsinə əlavə ödənişsiz əşya qismində üç ölçünün cəmi üzrə ölçüləri 75 santimetrdən (30x35x10sm) artıq olmamaq şərtilə, istənilən tipdə (idman çantası, bel çantası və s.) əl yükü götürə bilər. Əl yükünün çəkisi ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmayıb”, - aviaşirkətin məlumatında qeyd olunur.
Əvvəllər əlavə ödənişsiz əl yükü kimi yalnız qadın əl çantası və ya kişi portfeli qəbul olunurdu.
Bu qərarı şirkət sərnişinlərin çoxsaylı xahişləri və göstəilən xidmətlərin səviyyəsinin artırılması məqsədilə qəbil edib.
“Əl yükünün yeni qaydalara uyğunluğunu yoxlamaq üçün bütün uçuş hava limanlarında “Buta Airways”in qeydiyyat masalarının yanında xüsusi “trafaret” – baqajın ölçülərini yoxlamaq üçün metal konstruksiya quraşdırılıb”, - məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, qeydiyyat masasında 25 avro ödəməklə ölçüləri 110 santimetrə (55x35x20 sm) qədər olan əl yükünün hava gəmisinin salonuna götürülməsinə icazə verilir. Çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə baqaja görə ödəniş 25 avro təşkil edir. Baqaja görə uçuşdan ən azı 3 saat əvvəl, aviaşirkətin saytında və rəsmi satış kassalarında ödəniş edildikdə bu məbləğ 20 avro təşkil edir.
“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsidir. Aviaşirkətin əsası 2016-cı ilin dekabrında qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. “Buta Airways” aviadaşıyıcısının donanmasına müasir və komfortlu “Embraer” təyyarələri daxildir. Aviaşirkətin qərargahı Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət