Martın 13-ü saat 00:00-dan Azərbaycanda Premium Euro-95 və Super Euro-98 markalı benzinlərin qiyməti ucuzlaşıb.
Yerli KİV-in məlumatına görə, Premium Euro-95 markalı benzinin qiyməti artıq 1,2 manat (hazırda 1,5 manat), Super Euro-98 markalı benzinin qiyməti isə 1,4 manatdır (hazırda 1,6 manat). Beləliklə, Premium Euro-95 markalı benzin 20%, Super Euro-98 markalı benzin isə 12,5% ucuzlaşıb.
Azərbaycanda bu markalı benzinlər istehsal edilmədiyi üçün ölkə ərazisinə idxal olunur.
Benzinin ucuzlaşması dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədardır.
Azərbaycan 2019-cu ildə $40 milyon 660,42 min dəyərində (azalma 7,7%) 53 min 796,52 ton (2018-ci illə müqayisədə azalma 6,8%) Premium Euro-95 markalı avtomobil benzini idxal edib.
Bundan başqa, 2019-cu ildə $1 milyon 645,47 min dəyərində (artım 53,8%) 1 min 860,8 ton (artım 68,5%) Super Euro-98 markalı avtomobil benzini idxal olunub.
Premium Euro-95 və Super Euro-98 markalı benzinlərin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
AI-92 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənir.
Ötən il Azərbaycanda benzin (AI-92, Premium Euro-95 və Super Euro-98) istehlakının ümumi həcmi 1 milyon 360 min ton (artım 4,9%) təşkil edib.*
N.Abbasova, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət