“Azərenerji” SC 2019-cu ildə kapital qoyuluşlarının həcmini 2018-ci illə müqayisədə 2,2 dəfə - 369 milyon 888,9 min manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2019-cu ildə “Azərenerji” tərəfindən kapital qoyuluşları 369 milyon 888,9 min manat təşkil edib ki, bunun da 367 milyon 132 min manatını daxili mənbələrdən cəlb olunmuş vəsaitlər (artım 2,2 dəfə), 2 milyon 756,9 min manatını isə xarici mənbələrdən cəlb olunmuş vəsaitlər (2018-ci ildə cəlb olunmayıb) təşkil edib. Ötən il cəmiyyət kapital qoyuluşlarının ümumi həcmindən 225 milyon 999,7 min manatı (artım 2,1 dəfə) tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə yönəldib”, - deyə məlumatda bildirilir.
2019-cu ildə daxili mənbələrdən maliyyələşmə “Azərenerji”nin 209 milyon 762,9 min manat məbləğində öz vəsaitləri və 157 milyon 369,1 min manat məbləğində dövlət büdcəsinin vəsaitləri hesabına formalaşıb.
Hökumətin məlumatına görə, “Azərişıq” SC 2019-cu ildə kapital qoyuluşlarının həcmini 2018-ci illə müqayisədə 53,5% - 170 milyon 002,1 min manatadək azaldıb. Bu vəsaitlərin hamısı tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə yönəldilib (azalma 53,1%).
Kapital qoyuluşlarının ümumi həcmində 168 milyon 814,7 min manat daxili mənbələrdən cəlb olunmuş vəsaitlərin (azalma 17,5%), 1 milyon 187,4 min manat isə xarici mənbələrdən cəlb olunmuş vəsaitlərin payına düşüb.
2019-cu ildə daxili mənbələrdən maliyyələşmə “Azərişıq” SC-nin 84 milyon 155,6 min manat məbləğində öz vəsaitləri və 84 milyon 659,1 min manat məbləğində dövlət büdcəsinin vəsaitləri hesabına formalaşıb.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət