Azərbaycan Mərkəzi Bankı tərəfindən həyata keçirilən tədavüldə təmiz pul siyasətinə uyğun olaraq kommersiya banklarına qarşı xüsusi tələblər müəyyən edilmiş, onlara daxil olan nağd pul nişanlarının təkrar tədavülə buraxılmaması və müvafiq standartlara uyğun emaldan keçirilməsi üçün Mərkəzi Banka təhvil verilməsi tapşırılıb. Bu barədə tənzimləyicinin məlumatında deyilir.
“Bu qaydalara uyğun olaraq kommersiya bankları tərəfindən Mərkəzi Banka təhvil verilən pul nişanları, eləcə də kommersiya bankları və əhali ilə yaradılmış birbaşa kanallar vasitəsilə dövriyyədə köhnəlmiş, çirklənmiş və yararsız hala düşmüş pul nişanları yığılaraq Mərkəzi Bankın xəzinələrində xüsusi ayrılmış yerlərdə saxlanılır. Bu xəzinələr müasir temperatur və rütubət tənzimləyən sistemlərlə təchiz edilmişdir və sanitar epidemik normalara uyğun dövri olaraq dezinfeksiya olunur. Dövriyyəyə yararlı pul nişanları təkrar dövriyyəyə buraxılmamışdan əvvəl Mərkəzi Bankda istifadə olunan və beynəlxalq təcrübədə ən son texnoloji standartlara cavab verən avtomatlaşdırılmış banknot emalı avadanlıqlarında yüksək təzyiqli hava axınları vasitəsilə müxtəlif tozlardan təmizlənərək, eləcə də xüsusi infraqırmızı və ultrabənövşəyi şüalandırmadan və yüksək temperatur rejiminə malik sistemlərdən keçməklə çirklərdən sterilizasiya olunur”, - məlumatda qeyd olunur.
Eyni zamanda, AMB əhalini nağdsız ödəniş vasitələrindən istifadə etməyə çağırır.
“Mərkəzi Bank əhaliyə, eləcə də biznes subyektlərinə nağd puldan istifadəni maksimal məhdudlaşdırmağı və nağdsız ödənişlərə (elektron və mobil bankçılıq, ödəniş kartları, o cümlədən təmassız ödəniş alətləri vasitəsilə) böyük üstünlük verməyi tövsiyə edir”, Mərkəzi Bank əhaliyə, eləcə də biznes subyektlərinə nağd puldan istifadəni maksimal məhdudlaşdırmağı və nağdsız ödənişlərə (elektron və mobil bankçılıq, ödəniş kartları, o cümlədən təmassız ödəniş alətləri vasitəsilə) böyük üstünlük verməyi tövsiyə edir», - məlumatda bildirilir. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət