“S&P Global Ratings” Beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini “BB+/B” səviyyəsində təsdiq edib, proqnozu “sabit” saxlayıb. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilir.
“Dünya bazarlarında neft qiymətlərinin kəskin səviyyədə aşağı düşməsi səbəbindən “Standard and Poor’s” agentliyi neft ixrac edən ölkələrin reytinqlərinin növbədənkənar qiymətləndirilməsinə qərar verib. Həmin qiymətləndirmə Azərbaycan Respublikası üçün də aparılıb. Azərbaycanın beynəlxalq kredit reytinqi dəyişməyərək “BB+” səviyyəsində, uzunmüddətli proqnoz isə “sabit” saxladığını təsdiq olunub”, - nazirlik qeyd edir.
Agentliyin qiymətləndirməsinə görə, Azərbaycan əhəmiyyətli valyuta etiyatlarına, güclü fiskal mövqeyə (aktivlərə), habelə aşağı xarici borc səviyyəsinə malikdir.
Nazirlik qeyd edir ki, Azərbaycanın krediot reytinqinin qrafikə uyğun qiymətləndirilməsi 2020-ci ilin iyul ayında nəzərdə tutulur.
“S&P”nin qiymətləndirmələrinə görə, bu il Brent markalı neftin qiyməti bir barrel üçün orta hesabla $30, gələn il – bir barrel üçün $50, 2022-ci ildə - bir barrel üçün $55 təşkil edəcək. Agentliyin analitikləri qeyd edirlər ki, cari ilin ikinci rübündə qlobal neft bazarını Səudiyyə Ərəbistanı ilə qiymət müharibəsi və koronavirusun yayılması şəraitində tələbat və təklif arasında ciddi natarazlıq gözlənilir.
“S&P”nin qiymətləndirmələrinə görə, hazırda dünya iqtisadiyyatı COVİD-19 koronavirus pandemiyasının yayılması ilə üzləşir və bu səbəbdən agentlik bu il qlobal resessiya olacağını proqnozlaşdırır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət