Azərbaycan gömrükçüləri tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində ölkəmizə qanunsuz yollarla gətirilən, təxmini dəyəri 6 milyon manat təşkil edən tütün məmulatlarının realizə edilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilir.
“DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən və Azərbaycan Respublikasının vətəndaşı Tahirov İlkinin faktiki istifadəsində olan qapalı tipli anbarda ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda tütün məmulatlarının saxlanılması barədə əməliyyat məlumatı daxil olub”, - məlumatda deyilir.
Dərhal yaradılan əməliyyat qrupu qeyd olunan ünvanda yerləşən anbara baxış keçirib. Yoxlama zamanı anbarda 5,041 min karton qutu aşkar olunub. Qutulara baxış keçirilən zaman oradan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan ümumilikdə 50 milyon 410 min ədəd siqaret aşkar olunub.
“Faktla bağlı araşdırma aparılır”, - DGK-dan bildirilir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət