Asiya İnkişaf Bankı (AİB) 2020-ci ildə Azərbaycanda ÜDM-nin artımını 0,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə bu gün dərc olunmuş “Asian Development Outlook 2020” icmalında deyilir.
Bankın qiymətləndirmələrinə əsasən, 2021-ci ildə Azərbaycanda iqtisadi artım 1,5%-dək sürətlənəcək.
“Azərbayan iqtisadiyyatının artım templəri əvvəlki kimi, neftdən son dərəcə asılıdır. Koronovirus infeksiyasının yayılması fonunda neftin ucuzlaşması nəticəsində ÜDM-nin artım templəri 2020-ci ildə 0,5%-dək azalacaq. Proqnozlara görə, neft və qaz hasilatının artması və qiymətlərin bərpası 2021-ci ildə iqtisadi artımı 1,5%-dək sürətləndirəcək”, - deyə icmalda bildirilir.
AİB 2020-ci ildə respublikada sənaye istehsalının artımını 0,5%, 2021-ci ildə isə 2% səviyyəsində proqnozlaşdırır. Bu artım karbohidrogen hasilatının artması (II Mərhələ çərçivəsində “Şahdəniz” yatağından daha çox hasilat) və 2020-ci ildə Trans-Adriatik qaz kəmərinin (qazın Türkiyə və İtaliyaya nəqli üçün) tikintisinin başa çatması hesabına təmin olunacaq.
“2020-ci ildə kənd təsərrüfatında artımın 4,5%-dək, 2021-ci ildə isə 4%-dək azalacağı gözlənilir, baxmayaraq ki, gübrə və toxum idxalının davam edən subsidiyalaşdırılması əmtəə bitkilərinin istehsalının artmasına kömək etməlidir. 2020-ci ildə xidmət sektoru üzrə artımın cüzi olacağı gözlənilir, çünki koronavirus infeksiyasının yayılması turizm və pərakəndə ticarətə zərbə vuracaq, lakin 2021-ci ildə iqtisadi vəziyyət yaxşılaşdıqca artım 1% təşkil edəcək”, - deyə bank qeyd edir.
AİB-in proqnozlarına görə, 2020-ci ildə Azərbaycanda inflyasiya 2,5% təşkil edəcək, 2021-ci ildə 3,5%-dək artacaq.
“Bu proqnozlar qida məhsullarının qiymətinin orta artımını və sabit mübadilə məzənnəsini nəzərdə tutur. Lakin gözlənildiyi kimi, sosial xərclərin kəskin artması əlavə inflyasiya təzyiqi yaradacaq. Neftin qiymətinin uzun müddət ucuzlaşması 2016-cı ildə baş verdiyi kimi, mübadilə məzənnəsinin təshih edilməsinə və inflyasiyanın artmasına səbəb ola bilər. Cari və proqnozlaşdırılan inflyasiya 2–6% (4 ± 2%) səviyyəsində hədəf diapazonunda qaldığı üçün AMB bu ilin yanvar ayında uçot dərəcəsini 7,25%-dək azalıb. Mübadilə məzənnəsi sabit qalarsa, pul-kredit siyasətinin gələcəkdə zəifləməsi mümkündür. AMB pul bazasının sabitləşdirilməsi, xarici valyutanın dövriyyədə saxlanılması və mübadilə məzənnəsinə təzyiqin yaranmaması üçün valyuta hərraclarını davam etdirəcək. Hökumət, həmçinin baza inflyasiyasına nəzarəti təmin etmək üçün tənzimlənən qiymətlər üzərində sərt nəzarəti dəstəkləyəcək”, - deyə bank vurğulayır.
AİB-in proqnozlarına görə, 2020-ci ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-nin 4,4%-ni, 2021-ci ildə ÜDM-nin 6,3%-ni təşkil edəcək.
“2020-ci ildə əmtəə idxalının 37,8% azalacağı proqnozlaşdırılır, çünki COVID-19 nəticəsində ticarətin ümumi həcmi azalır, 2021-ci ildə isə daxili tələb artdıqca və vəziyyət stabilləşdikcə 23,5% artacaq. Əgər daha bahalı idxal Çindən daha ucuz malların idxalını əvəz edərsə, məhsulun idxal xərcləri arta bilər. 2020-ci ildə ixracın 32,7% azalacağı proqnozlaşdırılır, çünki neftin daha ucuz qiymətləri karbohidrogen ixracından gəlirləri azaldacaq, 2021-ci ildə isə qazın ixrac həcminin artması və neftin qiymətinin bərpası ilə əlaqədar 24,4%-lik artım təmin olunacaq. Turizm gəlirlərin həcminin az olmasına baxmayaraq, neft sənayesində əsas tikinti xidmətlərinin başa çatması ilə xidmət kəsirinin azalacağı gözlənilir”, - deyə icmalda bildirilir.
Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin artımını 3%, 2021-ci ildə 3,7%, 2020-ci ildə orta illik inflyasiyanı 4,6% səviyyəsində proqnozlaşdırır.
2019-cu ilin yekunları üzrə Azərbaycanda ÜDM 2,2%, orta illik inflyasiya 2,6% artıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət