2020-ci ilin I rübündə Azərbaycan Dövlət Neft Fondunun gəlirləri $2 milyard 219 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a ARDNF-dən məlumat verilib.
“2020-ci ilin birinci rübünün yekunları üzrə neft və qazın satışı ilə bağlı ARDNF-yə ümumilikdə 2219 mln. ABŞ dolları, o cümlədən mənfəət nefti və qazının satışından 1763 mln. ABŞ dolları həcmində vəsait daxil olub. Bu dövrdə neftin xalis orta qiyməti 59 ABŞ dolları təşkil edib”, - Fonddan məlumat verilib.
Məlumata görə, 2020-ci ilin yanvar-mart aylarında ARDNF-nin xərcləri 2763 mln. ABŞ dolları (4 milyard 697 mln. manat) təşkil edib.
“Xərclərin cari ilin birinci rübündə çox olması ($544 milyon - İF) həmin dövr ərzində valyuta bazarında tələbin əvvəlki dövrlərə nisbətən daha çox olmasından istifadə edilərək dövlət büdcəsinə transfertlərin daha tez yerinə yetirilməsi ilə izah oluna bilər”, - Fonddan qeyd olunur.
Eyni zamanda, ARDNF-nin 2020-ci il üzrə büdcə xərclərinin büdcədə təsdiq olunan səviyyədə icra olunacağı proqnozlaşdırılır.
ARDNF-nin 2020-ci il üzrə büdcəsi təsdiq edilərkən büdcədə neftin bir barel üzrə qiyməti 55 ABŞ dolları səviyyəsində götürülüb və buna uyğun olaraq Fondun gəlirləri 12 milyard 384,1 mln. manat (7 milyard 284,8 mln. ABŞ dolları) və xərcləri 11 milyard 589,9 mln. manat (6 milyard 817,6 mln. ABŞ dolları) səviyyəsində təsdiq olunub.
Fondun xərcləri strukturunda 11 milyard 350 milyon manat (cari məzənnə ilə 6 milyard 676,5 milyon ABŞ dolları - İF) və ya 97,9%-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
ARDNF rübdə bir dəfə gəlirləri və xərcləri barədə hesabat təqdim edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət