“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin uzunmüddətli defolt reytinqini "B-" səviyyəsində təsdiq edib, proqnoz “Müsbət”dən “Stabil”ə dəyişdirilib. Bu barədə agentliyin məlumatında deyilir.
“Fitch”, həmçinin bankın maliyyə dayanıqlılığı (VR) reytinqini "b-", qısamüddətli defolt reytinqini isə "B" səviyyəsində təsdiq edib.
"ABB-nin reytinqləri üzrə əvvəlki proqnoz “Fitch”in bankın kredit profilinin yaxşılaşması gözləntiləri ilə şərtlənib, belə ki, bank açıq valyuta mövqeyini tədricən bağlamağa davam edib. Bununla belə, Azərbaycanda iqtisadi vəziyyət və manatın məzənnəsinə təzyiq yaxın perspektivdə ABB-nin maliyyə göstəricilərinə təsir göstərəcək. Bankın malik olduğu əhəmiyyətli kapital buferi “Stabil” proqnozuna kömək edir. "Fitch" hesab edir ki, ödəmə qabiliyyətinin reytinqin "CCC" səviyyəsinə qədər azaldılmasına haqq qazandıracaq dərəcədə zəifləyəcəyi ehtimal olunmur", - deyə məlumatda bildirilir.
Agentlik qeyd edir ki, bankın açıq valyuta mövqeyi 2019-cu ilin birinci rübünün sonuna olan 1 milyard dollardan 2020-ci ilin fevral ayının sonuna 0,8 milyard dollaradək azalıb.
Nisbətən zəif əməliyyat mühiti tərəfindən ABB-nin maliyyələşməsinə və likvidlik profilinə birbaşa təzyiq yoxdur.
"Maliyyələşmə mənbələri məhduddur və bu yaxınlarda restrukturizasiya zamanı buraxılmış və əsasən Azərbaycan Dövlət Neft Fonduna məxsus olan $1 milyard məbləğində avroistiqrazlardan ibarətdir. Xüsusilə devalvasiya riskinin güclənməsi halında depozitlərin azalması mümkün olsa da, biz bankın likvidlik ehtiyatlarının güclü mövqedə qalacağını gözləyirik. 2020-ci ilin fevral ayının sonuna likvid aktivlər müştərilərin ümumi maliyyələşdirilmə həcmini üstələyib", - deyə məlumatda qeyd olunur.
"Fitch"in ekspertlərinin fikrincə, əgər ABB bundan sonra da açıq valyuta mövqeyinin səviyyəsini azaltmağa davam edərsə, reytinqin daha da yaxşılaşacağını gözləmək olar.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, bankın kapitalında dövlətin payı 95,28% təşkil edir.*
Ə.Məmmədov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət