Azərbaycan prezidenti İlham Əliyev hökumətə COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar dövlət xərclərini təkrar nəzərdən keçirməyi və yeni gəlir mənbələri axtarıb tapmağı tapşırıb.
“Koronavirus pandemiyasının iqtisadiyyata təsiri labüddür, biz artıq bunu görürük. Buna görə mən hökumətə, xüsusilə baş nazir, iqtisadiyyat və maliyyə nazirlərinə dövlət xərclərini nəzərdən keçriməyi və prioritet təşkil etməyən xərcləri azaltmağı tapşırırıam”, - Əliyev çərşənbə axşamı 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.
Onun sözlərinə görə, 2020-ci ilin yanvar-fevral aylarında Azərbaycan yaxşı iqtisadi və sosial göstəricilərə malik olub. Lakin, cari ilin mart ayında koronavirus pandemiyası ölkə iqtisadiyyatına mənfi təsir göstərib. “Ancaq birinci rübün yekunları üzrə iqtisadiyyatda artım müşahidə olunur”, - prezident əlavə edib.
Dövlət başçısı vurğulayıb ki, eyni zamanda dövlət vəsaitinin xərclənməsinə nəzarəti təkmilləşdirmək zəruridir.
“Son zamanlar bu istiqamətdə müsbət dinamika müşahidə edilir, bunun nəticəsində ötən il və cari ilin 3 ayı əzrində dövlət büdcəsinə əlavə vəsait cəlb edə bilmişik. Lakin, hesab edirəm ki, burada hələ də ehtiyatlar var. İnvestisiya və cari xərcləri təkrar nəzərdən keçirmək lazımdır, çünki bəzi hallarda cari xərclər artırılır, Xüsusilə bu dövlət təşkilatları və şirkətlərin cari xərclərinə aiddir. Bu sahədə şəffaflığın təminatı üçün əlavə addımlar atmaq zəruridir və hesab edirəm ki, bunun hesabına iqtisadiyyatımızın sabitliyini təmin edə biləcəyik”, - Əliyev bəyan edib.
O cümlədən, prezident hökumətə dövlət büdcəsinin yeni gəlir mənbələrini axtarıb tapmağı tapşırıb. “Bir daha qeyd etmək istərdim ki, ehtiyatlar çoxdur, onların bir hissəsi son illər aşkar edilib. Bunun nəticəsində biz dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard manatdan artıq vəsaitin daxil olmasını təmin etmişik. Cari ilin 3 ayı ərzində proqnozdan əlavə daxilolmalar 300 milyon manatı ötüb. Hazırki vəziyyətin (koronavirus pandemiyası ilə bağlı - İF) nə qədər davam edəcəyinə bilmirik, buna görə makroiqtisadi sabitliyin təminatı üçün bütün tədbirləri görməliyik”, - Əliyev əlavə edib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət