Bu yaxınlarda Karina Yeritsyanın Ermənistanla Azərbaycan arasında VətəndaşSülh Platforması, Qarabağ erməniləri Hərəkatının rəhbəri Artur Ağacanovla müsahibəsi dərc olunub. Müsahibədə Ağacanov Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi prezident və parlament seçkilərini tənqid edərək onları qanunsuz adlandılrıb (https://youtu.be/MaECuguFly4).
Müsahibədən sonra A.Ağacanov “İnterfaks-Azərbaycan” agentliyinə eksklüziv müsahibə verərək xüsusilə aşağıdakıları qeyd edib: “Bu “qondarma” seçkilərin demokartik keçmədiyini, Dağlıq Qarabağın bütün sakinlərinin başlıca hüquqlarının pozulduğunu hesab edirəm. Yəni, bu seçkilərdə doğma torpaqlarından qovulan on minlərlə Qarabağ azərbaycanlıları iştirak etməyib. “Qondarma” seçkilərdə monitorinq üçün beynəlxalq müşahidəçilər də gəlməyiblər, bu da Dağlıq Qarabağın işğaldan azad edilməyəcəyi və məcburi köçkünlərin bura, öz torpaqlarına qayıtmayacağı təqdirdə dünya birliyinin nə qondarma “Dağlıq Qarabağ Respublikası”, nə də onların heç bir fəaliyyətini tanımayacağından xəbər verir. Bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağda “seçkilər” adı ilə keçirilən sirki pisləyiblər.
Ağacanovun rəyinə görə, onda elə fikir formalaşır ki, sanki dünyanın bir çox bölgələri kimi koronavirus epidemiyasından əziyyət çəkən Dağlıq Qarabağ əhalisinin sağlamlığı qondarma “Dağlıq Qarabağ Respublikası” rəhbərliyinin vecinə deyil. “Maraqlısı budur ki, tanınmayam respublikanın bəzi “prezidentliyə namizədləri”, Dağlıq Qarabağ əhalisinin bir hissəsi kimi koronavirusla əlaqədar bu seçkilərin keçirilməsinə qarşı idi. Hətta Azərbaycan mətbuatını oxuyarkən anladım ki, Qarabağ ermənilərinin sağlamlığı Azərbaycanı daha çox narahat edir, nəinki Qarabağ separatçıları və ya Ermənistan hökumətini. Dəfələrlə qeyd etmişəm ki, Dağlıq Qarabağ və əhalisi coğrafi, iqtisadi, sosial və mənəvi nöqteyi-nəzərdən hər zaman Azərbaycanla sıx əlaqədə olub. Bu səbəbdən, Dağlıq Qarabağ əhalisi problemlərini yalnız Azərbaycanla birlikdə həll edib və hər şeyi yaxşılaşdıra bilər. Bunu hər kəs anlamalıdır”, - o qeyd edib.
Ağacanov əlavə edib ki, Qarabağ ermənilərinin əksəriyyəti Azərbaycanın tərəfindədir, lakin bu barədə söz deməyə qorxurlar, çünki separatçı rejim onları və ailələrini təhdid edir. Hətta, xaricdə yaşayan Qarabağ ermənilərinin əksəriyyəti də münaqişənin Azərbaycanın suverenliyi və Azərbaycan xalqı ilə mehriban qonşuluq çərçivəsində həllinin tərəfdarıdır.
“Mən şəxsən belə hesab edən çox sayda qarabağlı tanıyıram, onların bir hissəsi birləşərək münaqişənin bu cür həllinin tərəfdarıdır. Onların sayı artır. Buna görə bu yaxınlarda ər-arvad olan iki Qarabağ ermənisi Ovanes Torosyan və Tamella Arzumanyanın Ermənistan və separatçı rəhbərliyin ünvanına qəzəbli ittihamlarla çıxış edəndə heç də təəcüblənmədim (https://www.facebook.com/watch/?v=859910854508557). Bu ailə qarabağlıları Azərbaycandan, azərbaycanlılardan yardım və müdafiə axtarmağa çağırıb. Onlar düzgün qeyd ediblər ki, uşaqları və ailələrini ermənilərə deyil, azərbaycanlılara etibar edirlər, xaricdə bir çox ermənilər məhz bu cür davranırlar, azərbaycanlılara etimad edirlər və onlarda dəstək axtarırlar. Biz bu iki qarabağlının taleyinə görə çox qorxuruq və beynəlxalq hüquq müdafiə təşkilatlarını həyatı təhlükədə olan bu ailənin xilasedilməsi üçün səy göstərməyə çağırırıq. Biz Qarabağ ermənilərinin üzvlərini ədalət axtaran, qondarma “Dağlıq Qarabağ Respublikası”nın işğalçı rejimin köləliyindən azad olmağa çalışan Ovanes Torosyan və Tamella Arzumanyanı açıq şəkildə dəstəkləməyə çağırırıq”, - Ağacanov vurğulayıb.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu və Azərbaycanın suverenliyi çərçivəsində həll olunmalıdır. “Azərbaycanın çoxminli erməni əhalisi də bunu arzu edir. Mən ilk növbədə əksəriyyəti Qarabağ əsilli olan Bakı ermənilərini Qarabağ ermənilərinin taleyinə laqeyd qalmamağa çağırıram”, - Ağacanov bildirib.**
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət