BP şirkəti Azərbaycan hökuməti ilə neftin aşağı qiyməti ilə bağlı müxtəlif ssenarilərdə rentabelliyin qorunması mümkünlüyünü müzakirə edir. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
"Biz müxtəlif istiqamətlər üzrə, ilk növbədə, neft-qaz hasilatı və qazma sahəsində xərclər portfelimizə ciddi şəkildə nəzər yetiririk. Azərbaycan hökuməti və SOCAR şirkəti ilə neftin mümkün ola bilən aşağı qiymət ssenarilərində rentabelliyin qorunması üçün lazımi addımları müzakirə edirik", - deyə Aslanbəyli ARB telekanalına müsahibəsində bildirib.
O vurğulayıb ki, BP üçün Azərbaycanda əsas prioritet “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Şahdəniz” yatağının işlənməsi layihələridir.
"İllik iş proqramı çərçivəsində AÇG blokunda neft hasilatının qorunması üzrə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsi bizim əsas prioritetimizdir. Bu layihə Azərbaycanın enerji layihələrinin tacıdır və dövlətin gəlirlərinə bilavasitə təsir edir. Bu, hasilatın artmasına səbəb olan böyük investisiyaların yatırıldığı “Şahdəniz” layihəsinə də aiddir. Qalan layihələrimizlə bağlı məsələ onların dərhal və ya daha sonra reallaşdırılmasına başlamaqdan ibarətdir. Biz SOCAR ilə bununla bağlı məsləhətləşmələr aparırıq”, - deyə vitse-prezident qeyd edib.
O, həmçinin deyib ki, BP SOCAR ilə birlikdə Türkiyədə "Merkuri" neft-kimya kompleksinin tikintisi layihəsi üzrə yekun investisiya qərarının 2021-ci ilin birinci rübünə qədər təxirə salınması barədə qərar qəbul edib. "Bu layihə 2021-ci ilin birinci rübünə qədər təxirə salınıb. Gələn ilin birinci rübündə biz bu layihənin rentabelliyi və investisiya qoyuluşunun məqsədəuyğunluğu məsələlərini nəzərdən keçirəcəyik", - deyə B.Aslanbəyli bildirib.
BP Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Şahdəniz” yatağının işlənməsi layihələrin iştirakçısı, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz boru kəməri magistralı layihələrinin səhmdarı, Abşeron arxipelaqının dayazsulu hissəsinin, D-230 blokunun və Xəzərin Azərbaycan sektorundakı Şəfəq-Asiman strukturunun kəşfiyyatı və işlənməsi üzrə layihələrin səhmdarıdır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət