Azərbaycan Respublikası Mərkəzi Bankı iki bankın - “Atabank” ASC və“Amrah Bank” ASC-nin lisenziyalarını ləğv edib.
AMB-dən verilən məlumata görə, bu qərar aprelin 28-dən qüvvəyə minib.
“Bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlayıb. Misal üçün, Atabank” uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmir. Mərkəzi Bank tərəfindən hər iki bankda aparılan yoxlamalar nəticəsində məlum olub ki, onlar ciddi maliyyə itkilərinə yol verib, öz kapitallarını tam itirib və müflis vəziyyətinə düşüb”, - AMB-dən vurğulanır.
Bankların səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılıb və onlara bankları əlavə kapitallaşdırmaq təklif olunub. “Lakin onlar bu imkandan istifadə etməyiblər”, - AMB qeyd edir.
Beləliklə, Azərbaycanda lisenziyası olan bankların sayı 28-dək azaldı.
AMB qeyd edir ki, qeyd olunan bankların sektorun aktivlərində xüsusi çəkisi2,1%, kredit portfelində - 3% təşkil edir .Lisenziyaların ləğv edilməsi barədə qərarların qəbulu zamanı Maliyyə Sabitliyi Şurasının tövsiyyələri nəzərə alınıb.
“Qeyd olunanları nəzərə alaraq, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olduğuna (50 milyon manat - İF) və kreditorlar qarşısında öhdəlikləri yerinə yetirmədiklərinə görə “Atabank” və “Amrah Bank”ın lisenziyaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 28 aprel tarixindən etibarən ləğv edilib AMB hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib”, - AMB-dan qeyd olunur.
AMB vurğulayır ki, “Atabank” və “Amrah Bank” Əmanətlərin Siğortalanması Fonduna (ADİF) üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcək. Fondun vəsaiti çatmasa mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaq.
Müvəqqəti inzibatçı təyin edilən digər iki bank - “AGBank” və “NBCBank”da qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilir.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və ölkənin 15 aparıcı bankından biridir. Daha əvvəl AMB-nin sədri Elman Rüstəmov bildirmişdi ki, “AtaBank”da likvidlik və maliyyə dayanıqlılığı ilə bağlı ciddi problemlər aşkarlanıb.
“Amrahbank” ASC 1993-cü ildə yaradılıb. Bankın səhmdarları 4 fiziki və 1 hüquqi şəxsdir (Beynəlxalq İnvestisiya Bankı). ASC-nin səhm nəzarət paketi (53,17%) fiziki şəxs Yunis İldırımzadəyə məxsusdur. Son illərdə bankın kapitalla bağlı ciddi problemləri yaranıb. 2019-cu ilin yekunları üzrə “Amrahbank”ın kapitalı 8 milyon 882,25 min manat (məcmu kapitalın məbləği minimum 50 milyon manat olmalıdır) təşkil edir. **
A.Əzizov, Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət