SOCAR şirkəti Belarusda “Qrodno Azot” ASC-nin azot gübrələri istehsalı üzrə yeni kompleksin tikinti layihəsində iştirakda maraqlıdır. Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
“SOCAR üçün Belarusda maraq kəsb edən bir neçə layihə var. Biz "Qrodno Azot” ASC-nin azot gübrələri istehsalı üzrə yeni kompleksin tikinti layihəsində iştirak etməyə hazırıq. O cümlədən, “Naftan” ASC-nin modernləşdirilməsi layihəsində iştrakı nəzərdən keçiririk. Burada boru kəmərləri, elektrik xəttlərinin çəkilməsində təcrübəmiz lazım ola bilər. Qeyd olunan layihələrdə maraqlı olduğumuzu bildirmişik və artıq danışıqlar aparırıq”, - Əhmədov “Vestnik Belneftexima” jurnalına müsahibəsində bildirib.
O, həmçinin məlumat verib ki, SOCAR Mozırsk NEZ-in modernləşdirilməsi işlərinə cəlb olunub.
“Hazırda Mozırsk NEZ-də 200-ə yaxın əməkdaşımız çalışır. İşlər qrafikə uyğun, hətta bir qədər – 10% səviyyəsində sürətlə aparılır. Layihənin 2020-ci ilin sentyabr ayında başa çatacağı planlaşdırılır”, - Əhmədov məlumat verib.
Onun sözlərinə görə, Mozırsk NEZ-də yerinə yetirilən sifarişdən başqa SOCAR həmçinin zavodun modernizasiyasının əlavə mərhələsində iştirakda maraqlıdır.
O vurğulayıb ki, ümumilikdə Azərbaycan və Belarusun neft emalı və neft-kimya sahələrində təcrübəsi qarşılıqlı səmərəli əməkdaşlığın inkişafı üçün əsas yaradır.
“Neft-kimya sahəsində qarşılıqlı əlaqələrdən xüsusi nəticə gözləyirik. Burada daimi inkişaf var, texnologiyalar dəyişir, rəqabət artır. SOCAR uzunmüddətli perpesktivdə Belarus ilə qarşılıqlı əlaqələrin davamlı olacağına inanır. İkitərəfli münasibətlərimizdə hər zaman dinamika var, bu hər iki tərəf üçün faydalıdır. Həm əvvəlki, həm hazırki uğurlu birgə layihələri gələcəkdə inkişaf etdirməyə və artırmağa hazırıq”, - Əhmədov bildirib.
O məlumat verib ki, SOCAR-ın qarşısında duran başlıca vəzifə Azərbaycanda Heydər Əliyev adına NEZ və “Azərikimya” neft-kimya kompleksinin modernləşdirilməsi layihələridir. O cümlədən, Bakı yaxınlığında yerləşən qaz emalı kompleksinin tikinti layihəsi işlənilmə mərhələsindədir.
“Bu işlər bitdikdən sonra digər investisiya layihələri nəzərdən keçiriləcək. Başlıca vəzifələr reallaşdırıldıqdan sonra, təklif gələcəyi halda Belarusda SOCAR YDM şəbəkəsinin inkişafı məsələsinə mütləq baxacağıq”, - Əhmədov bəyan edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət