2020-ci ildə dünya əhalisinin COVİD-19 koronavirus pandemiyası nəticəsində $3,4 trilyon həcmində itkiləri olub. Bunu BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri Ticani Məhəmməd-Bande deyib.
“Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, 2020-ci ildə koronavirus pandemiyası səbəbindən bütün dünyada insanların $3,4 trilyon həcmində itkiləri olub. Hazırda ÜST daxil olmaqla, bütün ölkələr böyük təzyiq altındadır. Həmçinin, dünyanın heç bir ölkəsi bu cür çətinliklərə təkbaşına tab gətirə bilməz. Biz, BMT olaraq birgə səylərlə COVİD-19 pandemiyasına qalib gəlmək istəyirik”, - Məhəmməd-Bande Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında bazar ertəsi videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə bildirib.
Məhəmməd-Bandenin sözlərinə görə, bunun üçün yeni, davamlı sistem qurulmalıdır, hansı ki, müxtəlif ölkələrdə müharibələrə son qoyacaq. “Biz dünyada müharibələrə son qoymaq üçün bütün dünyaya çağırış etmişik. Hazırda dünyada böhran vəziyyətidir”, - Məhəmməd-Bande qeyd edib.
Onun sözlərinə görə, hazırki vəziyyətdən çıxış və davamlı inkişafın reallaşdırılması məqsədilə 10 illik tədbirlər proqramının icrasına başlamaq zəruridir. “Biz proqramı 2030-cu ilədək reallaşdırılması üçün əlimizdən gələni etməliyik”, - Məhəmməd-Bande bildirib.
O vurğulayıb ki, 10 illik proqram çərçivəsində təhsil məsələsinə xüsusi diqqət ayrılır. “Biz həm COVİD-19 ilə mübarizə çərçivısində, həm də digər məqsədlər üçün təhsil məsələsinin səmərəli inkişaf mexanizmi üzrə iş planı hazırlamalıyıq. Dünyada şagirdlərin 90%-i bu problemlə üzləşib, bir çox tədris müəssisələri bağlıdır, buna görə bu məsələ təxirəsalınmaz həll olunmalıdır ki, vəziyyət daha da mürəkkəbləşməsin. Birlikdə işləyərək biz bu sahədə boşluqlara yol verməməliyik”, - o hesab edir.
O cümlədən, o əlavə edib ki, ASK məsələsi də vacibdir. Çünki bütün dünya keyfiyyətli kənd təsərrüfatı məhsullarından aslıdır və onların təminatına ehtiyac duyur. “Həmçinin, ASK sektoruna diqqət ayırmaq lazımdır ki, istehsalçılar məhsullarını az itkilərlə istehsal etsinlər. Bütün iştirakçıları yeni, təkmilləşdirilmiş sistemin yaradılması məqsədilə bu sektora sərmayə yatırmağa çağırıram. Bu sektor milyonlarla insanı zəruri ərzaqlarla təmin edə bilər”, - Məhəmməd-Bande bildirib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət