Aprelin 28-dən lisenziyaları ləğv olunan “Atabank” ASC və “Amrahbank” ASC kapital ilə bağlı və bir sıra digər problemləri olub. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
“Biz materialları ləğvediciƏmanətlərin Sığortalanması Fonduna (ADİF) təqdim etmək üçün həmin banklarda qəbul-təhvil prosesini başa çatdırırıq. Hər iki bankın çox ciddi problemləri, həmçinin kapitalla bağlı problemləri var idi. Hazırda banklar üçün kapital üzrə minimum tələb 50 milyon manat təşkil edir. Lakin, “Atabank”da kapital mənfi 214 milyon manat təşkil edib. Yəni banka 264 milyon manat məbləğində əlavə kapitallaşma lazım idi. “Amrahbank”da kapital mənfi 77 milyon manat təşkil edib. Yəni banka 127 milyon manat məbləğində əlavə kapital lazım idi”, - Rüstəmov Real TV telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bankların səhmdarlarına kapitalı artırmaq təklif olunub, lakin onlar imtina ediblər.
Rüstəmov vurğulayıb ki, “Atabank”da problemli kreditlərin xüsusi çəkisi 88%, “Amrahbank”da – 40% təşkil edib.
“Həmin banklarda əmanətlərin ümumi həcmi 400 milyon manata yaxın qiymətləndirilir. Həmin vəsaitin ADİF vasitəsilə əmanətçilərə qaytarılmasına maksimum qısa müddətdə - 1 iyun tarixindən gec olmayaraq başlamaq niyyətindəyik. Bundan əlavə, həmin banklarda 18 milyon manat məbləğində biznes vəsaiti var. Bu vəsaitin də qaytarılması növbətçilik qaydasında ADİF tərəfindən həyata keçiriləcək. ”
Rüstəmov əlavə edib ki, hər iki bank riskli kredit siyasəti həyata keçirib, aşağı səviyyəli idarəçiliyə malik olub, onlarda menecment riski olmayıb, bütün bunlar elə acınacaqlı vəziyyətə gətirib ki, AMB həmin bankların lisenziyalarını ləğv etməyə məcbur olub. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət