"Azərenerji” ASC 2018-ci ilin sentyabr ayından 6 modul tipli elektrik stansiyada 250 meqavat “itirilmiş” gücü bərpa edib.Bu barədə ASC-dən məlumat verilir.
“2018-ci ilin sentyabr ayından başlanan reabilitasiya proqramı 12 elektrik stansiyası, həmçinin 6 modul tipli elektrik stansiyanı əhatə edir. İndiyədək proqram çərçivəsində 6 modul tipli elektrik stansiyalarında ümumilikdə 250 meqavatdan artıq “itirilmiş” güc bərpa edilib”, - məlumatda deyilir.
Bu tədbirlər çərçivəsində “Səngəçal” Elektrik Stansiyasında “itirilmiş” gücün bərpa edilməsi istiqamətində həyata keçirdiyi təmir-bərpa işlərini yekunlaşdırıb.Nəticədə, 100 meqavata qədər “itirilmiş” güc bərpa edilib.
“Elektrik stansiyasının qoyuluş gücü 300 meqavat təşkil edir, o Bakı və Abşeron yarımadasının enerji sistemində xüsusi rol oynayır. “Reabilitasiya Proqramı”na qədər “Səngəçal” Elektrik Stansiyasında mövcud 18 aqreqatdan 4 ədədi ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi. Məhz işləməyən 4 aqreqatdan biri yenisi ilə əvəz edilib, digər aqreqatların isə əsas ehtiyat hissələri xarici ölkələrdən gətirilərək dəyişdirilib və işə qoşulub. Beləliklə, “Səngəçal” Elektrik Stansiyasının üçdə biri qədər gücü bərpa olunub”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, “Azərenerji” ASC 2018-ci ilin sentyabr ayından “Peabilitasiya Proqramı”nın realaşdırlmasına başlayıb. Proqram Azərbaycanda 12 elektrik stansiyasını əhatə edir. Reabilitasiya proqramı çərçivəsində ümumilikdə 1000 meqavata yaxın “itirilmiş” gücün bərpa edilməsi nəzərdə tutulub Reabilitasiya proqramının dəyəri 560 mln. manatdır.
Xəbər verildiyi kimi, 2018-ci il iyulun 3-nə keçən gecə “Azərbaycan” İES-də baş vermiş qəza nəticəsində ölkənin 39 şəhər və rayonunun enerji təchizatı kəsilib.
“Azərenerji” ASC-nin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi iyulun 3-də ölkənin enerji sistemində qəzanın əsas səbəblərindən biri olub.
Bu rəy prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış və baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi xüsusi Dövlət Komissiyası tərəfindən hazırlanıb.
Elektroenergetika sisteminin təhlükəsiz, dayanıqlı, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi üçün Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Almaniyanın VPC şirkəti arasında “Azərbaycan” İES-in texniki auditi, onun reabilitasiyasına dair Baş Planın, eləcə də “Azərenerji” ASC-nin ötürmə sisteminin optimallaşdırılmasına dair proqramın hazırlanması üzrə müqavilə imzalanaraq onların icrasına başlanıb.
Bundan başqa, Energetika Nazirliyi “Azərenerji” ASC ilə birlikdə xarici ekspertləri cəlb etməklə “2018-ci ildə baş vermiş qəza hallarının təhlili və Azərbaycan Respublikasının enerji sisteminin elektrik şəbəkəsinin gücləndirilməsinə dair tövsiyələrin hazırlanması” layihəsi üzrə işləri davam etdirir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət