Qazaxıstan postpandemiya dövründə Azərbaycanda Ticarət Evi açmağı planlaşdırır. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Tlek Kapışov məlumat verib.
“Qazaxıstanın ASK, qida və yüngül sənaye məhsulları Azərbaycan bazarında öz yerini tuta bilər. Əfsuslar olsun ki, indiyədək lazımi səviyyədə təqdim olunmayıb. Biz Qazaxıstanın Azərbaycanda Ticarət Evinin açılması təşəbbüsü ilə çıxış etmişik”, - Kapışov cümə günü “Caspian European Club”un təşkilatçılığı ilə "Online B2B Forum Azerbaijan–Kazakhstan-Georgia" beynəlxalq forumunda bildirib.
Onun sözlərinə görə, Ticarət Evinin özəl investisiyalar hesabına təşkili planlaşdırılır.
Həmçinin, Kapışov qeyd edib ki, Azərbaycanla Qazaxıstan arasında sahibkarlar üçün müntəzəm dialoq meydançasının olmaması səbəbindən Qazaxıstan səfirliyi iki ölkə arasında İşgüzar Şuranın yaradılmasını təklif edib.
“Şuranın fəaliyyəti iki ölkənin işgüzar dairələri arasında müntəzəm dialoqun təşkli, müxtəlif ticarət maneələrinin aradan qaldırılması üzrə dövlət orqanlarının tövsiyyələrinin hazırlanması, ölkələrimzidə biznes şərtlərinin yaxşılaşması üçün platforma rolunu oynayacaq. Həmçinin bu tövsiyyələrin hökumətlərarası komissiyanın iclaslarına çıxarılmasını gözləyirik”, - Kapışov vurğulayıb.
Eyni zamanda, o bildirib ki, səfrilik COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar Qazaxıstan vətəndaşlarının Azərbaycandan geri qayıtması üçün əlindən gələni edib. “100-dən artıq Qazaxıstan vətəndaşı sağ-salamat vətənə qayıdıb”, - Kapışov bəyan edib.
Onun sözlərinə görə, 2019-cu ilin yekunları üzrə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi $230 milyonu ötüb. “Ticarət və sərmayələrin həcmi və strukturunun təhlili göstərir ki, biz mövcud potensialı tam reallaşdırmadıq. Artım üçün yeni təkanlar axtarırıq. Cari il ticarət-iqtisadi əməkdaşlığın intensivləşdirilməsi məqsədilə bir sıra əlavə tədbirlər nəzərdə tutmuşuq”, - Kapışov vurğulayıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət