Rusiyalı politoloqlar və hərbi ekspertlər postsovet məkanında nasizmin qəhrəmanlaşdırılması ilə mübarizədə Azərbaycan prezidenti İlham Əliyevin böyük rolunu qeyd edirlər.
"Azərbaycan prezidenti postsovet məkanında nasizmin qəhrəmanlaşdırılması cəhdlərini həmişə pisləyib. Biz tarixin yenidən yazılması cəhdlərinə qarşı mübarizədə tutduğu aydın mövqeyə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarıq", - deyə hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bu gün "Böyük Vətən müharibəsində ümumi qələbəmiz" mövzusunda keçirilən onlayn konfransda bildirib.
Onlayn konfrans Siyasi Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə keçirilib.
Korotçenko əlavə edib ki, "Azərbaycan bu gün də dünyada strateji sabitliyə töhfə verir".
Videokonfrans iştirakçıları qeyd ediblər ki, Azərbaycan Böyük Vətən müharibəsində qələbəyə çox böyük töhfə verməklə yanaşı, bu gün də İkinci Dünya müharibəsinin tarixinin yenidən yazılması cəhdləri, eləcə də nasizmin qəhrəmanlaşdırılması cəhdləri ilə bağlı məsələlərdə tamamilə dəqiq və birmənalı mövqe tutur.
Bütün bunların fonunda Üçüncü Reyxlə əməkdaşlıq etmiş kollaborasionistlərin qəhrəmanlaşdırılması cəhdlərinin müşahidə edildiyi digər postsovet respublikaları ilə bağlı suallar yaranır.
Xüsusilə Yerevanda kollaborasionist Qaregin Njdenin 6 metrlik abidəsi ucaldılıb. Ermənistan hakimiyyəti isə Njdeni qəhrəman kimi təqdim etməyə çalışır.
"Njdenin qəhrəmanlaşdırılması cəhdlərinə Rusiya ərazisində də, xüsusilə Krasnodar vilayətinin Armavir şəhərində yol verilib. Burada Njdenin xatirə lövhəsi quraşdırılsa da, bu cəhdlər tamamilə iflasa uğradı. Biz bu nasist kollaboranta ucaldılmış abidələrin hər yerdə söküləcəyini gözləyirik", - deyə Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov vurğulayıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət