Azərbaycanlı və rusiyalı ekspertlər və deputatlar bu gün "Böyük Vətən müharibəsində ümumi qələbəmiz" mövzusunda keçirilən onlayn konfrans çərçivəsində müharibədə qazanılmış qələbədə Azərbaycanın rolunu müzakirə ediblər.
Onlayn konfrans Siyasi Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə keçirilib.
Konfransda bildirilib ki, 1941-1945-ci illərdə Azərbaycandan 660 min nəfər cəbhəyə gedib. Onlardan yarısı həlak olub. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək döyüş yolu keçib. 130 nəfərdən çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfər "Şöhrət" ordeni ilə təltif edilmiş, 170 min azərbaycanlı əsgər və zabit isə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.
Ən məşhur diviziya - əsasən azərbaycanlılardan ibarət 416-cı diviziya Berlinə qədər gedib çıxıb. Azərbaycanlı, 416-cı atıcı diviziyanın siyasi şöbəsinin rəhbəri polkovnik Rəşid Məcidovun başçılıq etdiyi dəstə Berlində qələbə bayrağını sancıb.
Konfransda qeyd olunub ki, Bakı neftçiləri müharibədə qələbəyə sanballı töhfələr veriblər. Nasist Almaniyasının SSRİ-yə hücumun ilk günlərindən qarşısına qoyduğu məqsəd Qafqazın neftlə zəngin ərazilərinə sahib olmaq idi. Hitler Qafqazın işğal edilməsini nəzərdə tutan "Edelveys" adlı xüsusi planı təsdiq edib. Azərbaycan SSR-in neft yataqları ilə birlikdə işğal edilməsi Vermaxtın əsas vəzifəsi idi.
"Keçmiş Sovet İttifaqına daxil olan bütün xalqlar faşizmlə mübarizəyə layiqli töhfə veriblər. Azərbaycan da kənarda qalmadı. Faşistlər Bakını ələ keçirməyə can atırdılar. Azərbaycan paytaxtına cəmi 450 km qalırdı və əgər bu baş versəydi, faktiki olaraq cəbhə Saratov və Ufada 2 milyon ton neft və iki neft emalı zavodu ilə qalacaqdı. Cəbhəni yanacaqla təmin edən Azərbaycan neftçilərinin töhfəsi böyükdür", - deyə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib.
Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov da Azərbaycanın ümumi qələbəyə böyük töhfələr verdiyini diqqətə çatdırıb. Bununla yanaşı, o, Arzu Əliyevanın İkinci Dünya müharibəsində Azərbaycan neftinin rolundan bəhs edən, Hitlerin ad günlərindən biri ilə bağlı nadir kadrın (Hitlerə ortasında neft buruğu və Azərbaycan SSR-in paytaxtı Bakının adının təsvir olunduğu tort hədiyyə edilmişdi) yer aldığı "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli filmini xüsusi vurğulayıb.
Hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko əlavə edib ki, Bakı nefti olmadan Böyük Vətən müharibəsində qələbə qazanmaq sadəcə mümkün olmazdı. "Biz Qafqaz uğrunda döyüşü xatırlayırıq, bu, 1942-1943-cü illərin əsas hadisədir. SSRİ-nin məqsədi Vermaxtın Qafqaza girməsinə yol verməmək idi. Berlinin, Hitlerin strateji məqsədi isə Azərbaycanı, Bakını işğal etmək, Azərbaycanın neft mədənlərini öz nəzarəti altına almaq idi. Bu isə baş vermədi. Almaniyanın xüsusi xidmət orqanları tərəfindən Azərbaycana çoxlu sayda təxribat qrupları göndərilirdi. Azərbaycan SSR-in dövlət təhlükəsizliyi orqanlarının ümumi qələbəmizə öz töhfəsini vermiş yüksək səviyyəli işini qeyd etmək istərdim", - deyə ekspert bildirib.
Rusiya Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin üzvü Anton Morozov bildirib ki, bu gün Rusiya ilə Azərbaycan arasında qardaşlıq münasibətləri qorunub saxlanıb. "Ümid edirəm ki, biz başımızın üzərindəki dinc səmanı saxlamaq və ümumi çağırışlara cavab vermək üçün səylərimizi bundan sonra da birləşdirəcəyik. Ümid edirik ki, Dövlət Dumasında təmsil olunan bütün partiyaların dəstəyi ilə münasibətlərin daha konstruktiv gündəliyini hazırlaya biləcəyik", - deyə Morozov qeyd edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət