2020-ci ilin aprel ayında Azərbaycan Çində tələbatın artımı hesabına Asiyaya neft ixracını mühüm dərəcədə artırıb. Rusiyanın “Qazprombank”ın analitikləri belə hesab edirlər.
“Apreldə BTC ilə Azərbaycan neftinin nəql həcmi Çindən tələbatın artması səbəbindən öncəki 11 ay ərzində maksimum səviyyədə olub. Nəticədə, apreldə Asiyaya neft nəqklində kəskin artım qeydə alınıb – mart ayı ilə müqayisədə artım 2,2 dəfə, 2019-cu ilin aprel ayı ilə müqayisədə - 2,8 dəfə”, - “İnterfaks-Azərbaycan”a “Qazprombank”dan bildiriblər.
Bankın analitiklərinin qiymətləndirmələrinə görə, Çinə neft satışı həcmlərinin artırılması qiymətlərin aşağı olduğu dövrdə Azərbaycan iqtisadiyyatının artımına dəstək verəcək. “İqtisadiyyatın neft-qaz sektoru tərəfindən əlavə dəstək Azərbaycana birinci yarımillikdə iqtisadiyyatın artımında müsbət templər nümayiş etdirməyə imkan verəcək. Bundan sonra məhdudiyyətlərin aradan qaldırılandan və iqtisadi fəallıq bərpa olunduqca qeyri-neft sektorunun artıma qayıdacağını gözləyirik. Bununla əlaqədar, qeyri-neft sektoru ortamüddətli perspektivdə inkişaf üzrə gələcək tədbirlər fonunda iqtisadiyyata dəstəyini davam etdirəcək”, - “Qazprombank”da belə hesab edirlər.
2020-ci ilin yanvar-aprel aylarının yekunları üzrə Azərbaycanda ÜDM-in nominal həcmi 22,4 milyard manat, real artım 0,2% təşkil edib. “Azərabyacn iqtisadiyyatının artımı ləngiməyi davam etdirib (2019-cu ilin yanvar-aprel ayları ərzində 2,1% ilə müqayisədə), lakin əlverişli olamayan xaruici şərtlərə baxmayaraq, müsbət rəqəmlər zonasında qalır. Maraqlıdır ki, əgər cari ilin ilk 3 ayı ərzində qeyri-neft sektoru iqtisaiyyatın artımını dəstəkləyirdisə (2020-ci ilin 4 ayı ərzində ÜDM-yə töhfəsi 65%-ə yaxınlaşıb), aprel ayında balans yenidən neft-qaz sektoruna tərəf dəyişib. Bu da iqtisadiyyatda müsbət artım templərini saxlamağa imkan yaradıb”, - bankın analitikləri vurğulayırlar.
Azərbaycan Dövlət Statitika Komitəsinin məlumatına görə, COVİD-19 koronavirus səbəbindən məhdudlaşdırıcı tədbirlər şəraitində, 2020-ci ilin 4 ayı ərzində qeyri-neft sektoru ötən ilin analoji dövrü ərzində 2,1% artıma qarşı 0,8% azalma nümayiş etdirib. “Bu, qeyd olunan dövrdə ümumi ÜDM-in müsbət artımının neft-qaz sahəsi hesabına təmin olunmasını hesab etməyə əsas verir”, - “Qazprombank” vurğyulayır. **
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət