“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “AzSığorta” şirkətinin maliyyə dayanıqlığı reytinqini "B" səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Reytinq üzrə proqnoz “Stabil” səviyyədə saxlanılıb.
““AzSığorta”nın reytinqi şirkətin orta biznes profilini və yüksək investisiya riskini əks etdirir. Bu amillər sığortaçının kapitalının möhkəmliyi ilə kompensasiya edilir", - deyə məlumatda bildirilir.
Agentlik qeyd edir ki, 2019-cu ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə daxilolmaların azalması nəticəsində şirkətin yığımları 13% azalıb. Nəticədə AVSMMİS seqmentində “AzSığorta”nın bazar payı 2018-ci ilə olan 3%-dən 2019-cu ilin sonuna 2%-dək azalıb. "AzSığorta” avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası polislərini kifayət qədər aşağı itki əmsalı ilə satdığı əsas yayılma kanalını itirib", - deyə məlumatda bildirilir.
“Fitch” hesab edir ki, yerli banklarda "B" reytinqi ilə və ya reytinqsiz yerləşdirilmiş depozitlərin əhəmiyyətli riski səbəbindən "AzSığorta” şirkəti yüksək investisiya riskinə məruz qalır. "2019-cu ilin sonuna şirkətin investisiyalarının 62%-i bank depozitlərində yerləşdirilib, qalan hissəsi isə Azərbaycanın dövlət istiqrazlarına yatırılıb", - deyə agentliyin məlumatında vurğulanır.
“AzSığorta” şirkəti 2006-cı ilin noyabr ayında fəaliyyət üçün lisenziya alıb. Şirkətin səhmdarı 1 fiziki şəxsdir. Nizamnamə kapitalı 20,3 milyon manata bərabərdir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət