Azərbaycanda xüsusi karantin rejimi iyunun 15-dək uzadılır. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bununla belə, mayın 31-dən 4 mərhələdə yumşalmalar həyata keçiriləcək.
Karantin rejimi çərçivəsində mayın 31-dən respublika ərazisində fəaliyyət göstərən bütün “Mall” və ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunur. Ticarət mərkəzləri və “Mall”ların nəzdindəki əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyətinə qoyulan məhdudiyyət qüvvədə qalıb.
Bundan başqa, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir.
Qərara əsasən, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunda, eləcə də Gəncə və Lənkəran şəhərlərində dövlət orqanlarında işçilərin say həddinə qoyulan məhdudiyyət ləğv edilir.
Həmçinin açıq havada idman yarışlarının təşkilinə icazə verilib. Lakin yarışlarda tamaşaçılar iştirak etməyəcək.
Azərbaycanda xüsusi karantin rejimi martın 24-dən qüvvədədir. Aprelin 27-dən etibarən ölkədə karantin rejimi çərçivəsində müəyyən yumşalmalar həyata keçirirlib. Bununla belə, bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinə, uşaq əyləncə məkanlarının, idman obyektlərinin fəaliyyətinə, toy məclislərinin təşkilinə qoyulan qadağa qüvvədə qalır. Bundan başqa, ölkə ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyətin müddəti iyunun 15-dək uzadılıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət