Azərbaycanda qapalı ictimai yerlərdə maskadan istifadə etməyən vətəndaşların cərimə edilməsi planlaşdırılır. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.
"Əgər vətəndaşlar karantin rejimi şəraitində ictimai yerlərdə təhlükəsizlik və davranış qaydalarına ciddi riayət etməsələr, biz sərt cərimə sistemini tətbiq etməyə məcbur olacağıq. Xüsusilə, fərdi sahibkarlar və hüquqi şəxslər qaydalara riayət olunmasına görə böyük məsuliyyət daşıyırlar. Biz bu sistemin artıq tətbiq olunduğu xarici ölkələrin təcrübəsindən istifadə edəcəyik", - deyə Bayramlı bu gün keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, küçəyə çıxarkən və insanların toplaşdığı yerlərdə maskalardan istifadə edilməməsinə görə cərimələrin tətbiqinə dair təkliflər Milli Məclisə təqdim olunub.
Eyni zamanda, sədr vurğulayıb ki, TƏBİB maskadan istifadə edilməməsinə görə cərimələrin artırılmasına tərəfdardır.
Bununla yanaşı, o qeyd edib ki, gündəlikdə istirahət və bayram günlərində karantin rejiminin qısamüddətli sərtləşdirilməsi məsələsi durur.
"Biz yoluxanların sayının artmasına nəzarət edəcək xüsusi alqoritm hazırlamışıq. Vəziyyət pisləşərsə, yaxın ay ərzində biz bu metodu tətbiq etməyə hazırıq", - deyə Bayramlı vurğulayıb.
R.Bayramlı əlavə edib ki, əldə olunan məlumatlara görə, koronavirusa yoluxmuş vətəndaşlar arasında bu yaxınlarda vətənə qayıtmış vətəndaşların payı yüksəkdir. Hazırda xaricdən vətənə qayıtmış 800-ə yaxın insan karantindədir.
Onun sözlərinə görə, hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün 5 min çarpayı var. Mobil xəstəxanaların istifadəyə verilməsi çarpayıların sayını 7 minə qədər artırmağa imkan verəcək.
Xatırladaq ki, Nazirlər Kabineti bu gün qoruyucu tibbi maskaların taxılması məcbur olan yerlərin siyahısını təsdiq edib.
Qərara əsasən, Azərbaycan ərazisində COVID-19 infeksiyasının insanlar arasında kütləviyayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; açıq sahəli ofislərdə və istehsalat yerlərində; tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.
Qərara əsasən, bu tələblərin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən məsuliyyətə səbəb olur.
Hazırda karantin rejiminin pozulmasına görə cərimənin məbləği 100-200 manatdır.
Azərbaycanda xüsusi karantin rejimi iyunun 15-dək qüvvədədir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət