Prezident İlham Əliyev “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnaməni təsdiq edib.
Dövlət başçısının bu gün imzaladığı fərmana əsasən, Ədliyyə Nazirliyinə “Elektron məhkəmə” informasiya sisteminin Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyasını təmin etmək tapşırılıb.
Bundan başqa, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Təhsil Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Dövlət İmtahan Mərkəzinə, İpoteka və Kredit Zəmanət Fonduna, Milli Depozit Mərkəzinə, “Azərsu” ASC-yə, “Azərişıq” ASC-yə, “Azəriqaz” İstehsalat Birliyinə “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”də nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsini təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görmək və bu barədə Azərbaycan Respublikası Prezidentinə məlumat vermək tapşırılıb.
Eyni zamanda, Ədliyyə Nazirliyi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə “Elektron məhkəmə” informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.*
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət