Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) şənbə və bazar günləri vətəndaşların evdən çıxmasına qadağa qoyulması təklifi ilə Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib. Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
“Virusa yoluxanların sayının hər gün artdığını nəzərə alaraq biz şənbə və bazar günləri vətəndaşların evdən çıxmasına qadağa qoyulması təklifi ilə müraciət etmişik. Bu qərar son zamanlar hər gün ən azı 200 nəfərin koronavirus infeksiyasına yoluxması ilə əlaqədar qəbul edilib”, - deyə o, bu gün keçirilən brifinqdə bildirib.
Sədrin sözlərinə görə, Operativ Qərargah müraciəti dəyərləndirilib və detallar müzakirə olunur.
R.Bayramlı qeyd edib ki, Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda şənbə və bazar günləri tam küçəyə çıxma qadağasının tətbiqi planlaşdırılır. Bu məhdudiyyət 1 ay, vəziyyətin pisləşəcəyi halda isə 2 ay davam edə bilər. İstirahət günlərində bütün ticarət obyektləri və ictimai nəqliyyatın fəaliyyəti tamamilə dayandırılacaq, eləcə də şəxsi nəqliyyatdan istifadə qadağan ediləcək. Evdən yalnız xüsusi hallarda insan səhhəti ilə bağlı çıxmaq mümkün olacaq”, - deyə o vurğulayıb.
Sədr deyib ki, Operativ Qərargah karantin rejimi yumşaldıldıqdan sonra yoluxanların sayının bu qədər kəskin artacağını gözləmirdi.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət