“AccessBank" 2019-cu ildə mikrokreditləşmə üzrə portfelini 31,5% - 308,75 mln. manatadək artırıb.
Bu barədə PricewaterhouseCoopers (PwC) müstəqil audit şirkəti tərəfindən ötən ilin yekunları üzrə bankın birləşdirilmiş maliyyə hesabatında məlumat verilir.
Kiçik və orta müəssislərin kreditləşməsi üzrə bankın portfeli 304,881 mln. manat təşkil edib, bu da 2018-ci ilin sonuna olan göstəricidən 25,5% azdır.
Hesabata əsasən, bankın istehlak kreditləşməsi üzrə portfeli 16,6% - 70,835 mln. manatadək artıb.
Bütövlükdə, 2019-cu ildə bankın kredit portfeli 2,9% - 684,466 mln. manatadək azalıb.
2019-cu ilin yekunları üzrə KOM kreditləşməsi üzrə bankın kredit portfelinin 44,5%-ni, mikrokreditləşmə üzrə - 45,1%-ni, istehlak kreditləşməsi üzrə - 10,3%-ni təşkil edib.
2019-cu ilin sonuna olan məlumata görə, bankın ticarət sahəsinin kerditləşməsi üzrə portfeli 262,076 mln. manat (azalma 11,6%-ni), xidmət sahəsinin – 146,77 mln. manat (38,3%), ASK sahəsinin – 109,999 mln. manat (artım 36,1%), istehsal sahəsinin – 48,617 mln. manat (8,5%), ev təsərrüfatı sahəsinin – 92,312 mln. manat (3,4%), nəqliyyat sahəsinin – 23,701 mln. manat (45,6%) təşkil edib.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və respublikanın aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58%).** Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət