Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) özəl sektora cümə günü iş saatını 14:00-da başa çatdırmağı tövsiyyə edir. Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
“Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən, həftəsonu (6-7 iyun) sərt karantin rejiminin elan edilməsi ilə əlaqədar cümə günü dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib. Biz həmçinin özəl sektora cümə günü imkan olduğu halda qısa iş günü elan etməyi tövsiyyə edirik”, - Bayramlı cümə axamı keçirilən brifinqdə bildirib.
Həmçinin, o vurğulayıb ki, bu cür məhdudlaşdırıcı tədbirlərin gələn istirahət günləri də tətbiqi barədə danışmaq tezdir. “Hər şey epidemioloji vəziyyətdən asılı olacaq”, - Bayarmlı bildirib.
O həmçinin qeyd edib ki, son zamanlar Azərbaycanda yoluxma sayının artmasını ikinci dalğa kimi xarakterizə etmək olmaz. “Koronavirus pandemiyası fəal mərhələdədir və bu ikinci dalğa deyil”, - Bayramlı bəyan edib.
Xəbər verildiyi kimi, Azərbaycanın iri şəhərlərində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejimi tətbiq olunacaq.
“Martın 24-dən Covid-19 səbəbindən Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Görülmüş tədbirlər müsbət nəticələr vermişdir və bu, statistik göstəricilərdə də öz əksini tapmışdır. Daha sonra isə yumşaldılma tədbirlərinə başlanmışdır. Son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi. Bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayı kəskin artmışdır”, - Azərbaycanın baş naziri Əli Əsədovun müraciətində qeyd olunur.
Baş nazir vurğulayıb ki, vəziyyətlə əlaqədar qəbul edilən qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.
“Bu rejim tam təcridi nəzərdə tutur”, - o vurğulayıb.
Naş nazir bildirib ki, xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaq.
O cümlədən, iyunun 5-də dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.
Eyni zamanda, həftəsonu polis orqanları, kommunal struktrlatr, xəstəxanalar, sosial xidmətlər müəssisələri məhdudidyyətsiz fəaliyyət göstərəcək. O cümlədən, dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları, neft və qazın hasilatı, emalı, saxlanması və satışı, teleradio yayımçılarının fəaliyyəti, rabitə xidmətləri, meliorasiya və su təsərrüfatı, elektrik enerjisinin istehsalı və təchizatı, həmçinin fasiləsiz istehsalat fəaliyyətinə (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr) icazə verilir.
Sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər. Əsədov iri şəhərlərdə sərt karantin rejiminin 13-15 iyun tarixlərində də tətbiqinin mümkün olduğunu istisna etməyib.
Rejim çərçivəsində bütün ticarət və xidmət obyektlərinin fəaliyyəti tam qadağan edilir.
Azərbaycanda 6522 nəfərdə Covid-19 aşkar edilib, 3737 nəfər sağalıb, 78 nəfər vəfat edib. ** B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət