Azərbaycanda koronavirus (COVID-19) xəstəliyi ilə bağlı xüsusi karantin rejimi 1 iyul saat 00:00-dək uzadılır. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verir.
Azərbaycan 24 mart tarixindən xüsusi karantin rejimi qüvvədədir və iyunun 15-nə başa çatmalı idi.
Bundan başqa, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. Həmin şəhər və rayonlarda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.
Həmçinin, qeyd edilən şəhər və rayonların ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır.
Sakinlər qeyd olunan müddətdə yaşayış yerlərini və ya olduğu yerləri Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.
Bu günlərdə yalnız kommunal xidmətlər, bir sıra dövlət strukturları, neft-qaz obyektləri və bir sıra digər istehsalat fəaliyyətinə icazə verilir.
Qərara əsasən, çörək məsullarının istehsalı 15 iyun saat 16:00-dan etibarən fəaliyyət göstərəcək.
Xüsusi karantin rejiminin uzadılması və istirahət günləri sərtləşdirilmiş karantin rejimi tətbiqi barədə qərar son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq qəbul olunub.
Bütövlükdə, Azərbaycanda 8191 nəfərdə COVİD-19 açkar olunub, 4606 nəfər sağalıb, 98 nəfər vəfat edib.
Hazırda 3487 nəfər xüsusi rejimli xəstəxanalardadır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət