Azərbaycan hökuməti dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin 1 iyul 2020-ci il tarixinədək uzadılmasına dair qərar qəbul edib. Bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bu gün keçirilən brifinqdə bildirib.
Bu qərar yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə qəbul edilib.
“Yalnız yük daşımaları və çarter reyslərinin həyata keçirilməsinə icazə verilir”, – deyə o qeyd edib.
İ.Məmmədovun sözlərinə görə, iyunun 15-dən daxili aviareyslərin bərpa edilməsi planlaşdırılır. «İlk növbədə, Naxçıvana reyslərin bərpası nəzərdə tutulur. Reyslər həftədə iki dəfə həyata keçiriləcək”, - deyə o bildirib.
O əlavə edib ki, Azərbaycan hökuməti vətəndaşlarımızın ölkəyə gətirilməsini davam etdirir. “Bu gün Dağıstandan 130 nəfər gətirilib. İndiyədək Dağıstandan 503 nəfər qaytarılıb. İyunun 10-da isə ABŞ-dan 210 Azərbaycan vətəndaşı Bakıya gətiriləcək”, - deyə mətbuat katibi söyləyib.
O vurğulayıb ki, 10-30 iyun tarixlərində Azərbaycan vətəndaşlarının qaytarılması üçün çarter reyslərinin cədvəli hazırlanır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət