Koronavirus pandemiyası (COVİD-19) dövründə təxminən 1,2 min rusiyalı Azərbaycandan Rusiyaya gedib. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov məlumat verib.
"Azərbaycanda Vətənə qayıtmaq istəyən Rusiya vətəndaşlarının sayı kifayət qədərdir. Hazırda səfirliyin siyahısında 4 mindən artıq müraciət var. Biz vətəndaşlarımızın Rusiyaya qaytarılmasını mütəmadi qaydada həyata keçiririk. Martın 18-dən yerüstü yolla Azərbaycandan 1172 Rusiya vətəndaşı aparılıb", - deyə Boçarnikov bu gün mətbuat konfransında bildirib.
Diplomatın sözlərinə görə,"bu istiqamətdə işlər hər iki tərəfin səyləri ilə daim aparılır".
Səfir əlavə edib ki, Rusiya koronavirusla bağlı 12 min müayinənin keçirilməsi üçün Azərbaycana təmənnasız olaraq120 dəst test sistemi verib. "Biz ehtiyac yaranacağı təqdirdə lazımi yardım göstərməyə hazırıq", - deyə Boçarnikov əlavə edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət