Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı istiqamətində xüsusi reyslər yerinə yetirəcək. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
“Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətinwww.azal.azsaytında 15 iyun tarixində açılacaq. Hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək”, - deyə məlumatda bildirilir.
Bakı-İstanbul reysinə həm Azərbaycan, həm də Türkiyə vətəndaşları (və ya bu ölkədə yaşayış hüququ olan şəxslər) aviabilet əldə edə bilər. Türkiyəyə səfər edən Azərbaycan Respublikası vətəndaşları Türkiyə ərazisinə daxil olma qaydaları ilə tanış olmaq və müvafiq icazələrin alınması üçün Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinə müraciət etməlidirlər.
Yeni qaydalara əsasən, uçuşlara yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testini keçən və neqativ nəticə alan sərnişinlər buraxılacaq.
İstanbuldan uçuş zamanı qeydiyyat masasında İstanbulun "Memorial Sağlık Grubu" klinikası tərəfindən təqdim edilən və reysin uçuşundan ən gec 48 saat əvvəl alınan COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir.
“Bu halda COVİD-19 neqativ müayinə arayışı ilə İstanbul-Bakı reysi ilə səfər edən Azərbaycan vətəndaşları karantində saxlanmaq tələbindən azad olunurlar. Lakin COVID-19 simptomları müəyyən olunan sərnişinlər təkrar tibbi müayinəyə cəlb oluna bilərlər”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət