2020-ci ilin I rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $1,2 milyard təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2019-cu ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $808,7 milyon təşkil edib. Beləliklə, 2020-ci ilin I rübündə birbaşa xarici investisiyaların həcmi 48,4% artıb.
Hesabat dövründə birbaşa xarici investisiyaların 80%-i (2019-cu ilin I rübündə 84,3%-i) neft-qaz sektorunun payına düşüb.
I rübdə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $237,2 milyon (artım 87,2%), xüsusi çəkisi 20% təşkil edib.
AMB-nin məlumatına görə, cari ilin yanvar-mart aylarında Azərbaycan şirkətləri xaricdə $336,6 milyon (azalma 2,4 dəfə), o cümlədən neft-qaz sektoruna $199 milyon (azalma 3,2 dəfə), digər sektorlara $137,6 milyon (artım 24%) məbləğində birbaşa investisiya yatırıb.
Azərbaycan Mərkəzi Bankı Beynəlxalq Valyuta Fondunun (BVF) tövsiyələri ilə 2013-cü ildən tədiyə balansının strukturunu dəyişib. Bununla əlaqədar tədiyə balansının strukturu xalis maliyyə aktivləri və öhdəliklərindən ibarətdir.
2020-ci ilin I rübünün yekunları üzrə xalis maliyyə aktivləri $1 milyard 526,7 milyon (artım 21,7%), öhdəliklər $132,6 milyon (azalma 7,8 dəfə) təşkil edib.
2019-cu ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 4,9% artaraq $4,3 milyard təşkil edib.*
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət