“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta bazarının konsentrasiyasının yüksək səviyyədə olduğunu qeyd edir. "İnterfaks-Azərbaycan"agentliyinin məlumatına görə, bu barədə "S&P"nin hesabatında deyilir.
"Azərbaycanın sığorta bazarında 21 sığorta şirkəti fəaliyyət göstərir ki, onlardan da 17 şirkət qeyri-həyat sığortası, 4 şirkət isə həyat sığortası ilə məşğul olur. Bazarın konsentrasiya səviyyəsi yüksəkdir: 5 ən iri şirkət qeyri-həyat sığortası sektorunun 70%-nə nəzarət edir. Fikrimizcə, iri oyunçular daha çox tanınan brendlərlə xarakterizə olunur və müştərilərin onların sığorta məhsulları barədə daha çox məlumatlı olması, eləcə də bu şirkətlərin səmərəli idarə etdikləri satış şəbəkələrinin mövcudluğu ilə bağlı üstünlüklərdən istifadə edirlər", - deyə hesabatda bildirilir.
Agentliyin analitikləri qeyd edirlər ki, Azərbaycanın sığorta sektorunun tənzimlənməsi rejimi bazara yeni şirkətlərin daxil olmasını məhdudlaşdırmır.
"Bununla yanaşı, son illərdə tənzimləyici orqan sığorta sektorunun "təmizlənməsi" ilə məşğul olub, nəticədə son dörd ildə beş şirkət bazarı tərk edib. Biz bu tendensiyanın yaxın illərdə də davam edəcəyini və maliyyə problemləri olan daha zəif şirkətlərin bazardan gedəcəyini gözləyirik. Xarici investorlar Azərbaycanın sığorta sektoruna böyük maraq göstərmir. Xarici sığorta şirkətləri son illər Azərbaycanda fəaliyyət göstərmir ki, bu da onların qlobal strategiyalarına yenidən baxılması ilə bağlı olub. Bununla əlaqədar biz yaxın vaxtlarda ölkənin sığorta bazarına yeni xarici şirkətlərin daxil olacağını gözləmirik", - deyə hesabatda qeyd olunur.
“S&P”nin qiymətləndirmələrinə görə, Azərbaycanda sığorta sektorunun aktivlərinin strukturu kifayət qədər mühafizəkardır.
"Orada pul vəsaitləri və sabit gəlirli alətlər üstünlük təşkil edir və biz bu strukturun saxlanacağını gözləyirik. Eyni zamanda, biz investisiya portfellərinin orta kredit keyfiyyət göstəricilərinə təzyiqin olduğunu qeyd edirik, çünki investisiya edilmiş aktivlərin böyük hissəsini Azərbaycanın bank sektorunda yerləşdirilmiş qeyri-investisiya kateqoriyalı reytinqlərə malik alətlər təşkil edir. Biz, həmçinin istiqraz emitentlərinin reytinqlərinin mümkün azalması və ya emitent defoltu ilə bağlı potensial risklərin olduğunu diqqətə çatdırırq", - deyə hesabatda vurğulanır.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət