Bu gün 250 Azərbaycan vətəndaşı Rusiya ilə quru sərhəd vasitəsilə ölkəyə qayıdıb. Bu barədə Dağıstan hökumətinin məlumatında deyilir.
Bu gün Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev ilə Dağıstanın rəhbəri Vladimir Vasilyev arasında telefon danışığı olub.
"Telefon söhbəti zamanı tərəflər dövlət sərhədi ilə Azərbaycana qayıdan vətəndaşların sayının artırılmasını razılaşdırıblar. İkitərəfli işçi qrupun apardığı işin nəticələri üzrə bu gün "Yaraq-Kazmalar" buraxılış məntəqəsi vasitəsilə 250 Azərbaycan vətəndaşı buraxılıb, iyunun 25-də isə Rusiya ərazisinə 450 nəfərədək Rusiya vətəndaşı qaytarılacaq", - deyə məlumatda bildirilir.
Bundan başqa, əldə edilmiş razılaşmalara əsasən, tərəflər Vətənə qayıtmağı gözləyən Azərbaycan vətəndaşlarının yerləşdirilməsi, qidalanması, məişət şəraitinin yaxşılaşdırılması və tibbi xidmət məsələlərini birgə həll edəcəklər.
"Rusiya FHN-in Dərbənd rayonunda yerləşən çadır şəhərciyində Azərbaycan tərəfindən ölkə FHN-in tibb işçiləri və psixoloqları ilə təmin olunmuş əlavə çadır hospitalının yaradılması barədə qərar qəbul edilib. Vətəndaşların qidalanması, yeməkxanada yerlərin sayının artırılması da Azərbaycan tərəfindən təşkil ediləcək”, - deyə məlumatda qeyd olunur.
Bu gün Dağıstanın Dərbənd şəhəri və Dərbənd rayonu ərazisində 650 nəfərə yaxın Azərbaycan vətəndaşı vətənə qayıtmağı gözləyir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət