Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Gəncədə inşa edilən yaşayış kompleksində 11 yaşayış binasının 2021-ci ilin sonunadək istismara verilməsini planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“Kompleksə 18 çoxmənzilli bina, məktəb, uşaq bağçası və digər xidmət obyektləri daxildir. Cari ilin avqust ayında ümumtəhsil məktəbi binasının və 2021-ci ilin sonunadək 11 yaşayış binasının istismara verilməsi nəzərdə tutulub. Layihəyə əsasən yaşayış binaları doqquz və on iki mərtəbəli olacaq”, - deyə məlumatda bildirilir.
Mənzillər vətəndaşlara tam təmirli, mətbəx mebeli və qaz plitəsi, fərdi kombi sistemi və digər texniki avadanlıqlarla təchiz olunmuş vəziyyətdə təklif ediləcək. Kompleksin ərazisində yaşıllıq zonaları, uşaq meydançaları yaradılacaq.
Yaşayış kompleksi Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində 6,23 hektar ərazidə tikilir.
Hazırda MİDA Yasamal rayonunda 2, Hövsan qəsəbəsində 1 yaşayış kompleksinin tikintisini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılmasına başlayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət