2020-ci ilin yanvar-may aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 355 milyon 907 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,5% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 242 milyon 354,3 min manat (artım 13,9%) və ya bazar üzrə bütün sığorta haqlarının 68,1%-ni təşkil edib.
Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 113 milyon 873,9 min manat (artım 22,5%), qeyri-həyat sığortası üzrə sığorta haqları 128 milyon 480,4 min manat (artım 7,3%) təşkil edib.
Yanvar-may aylarında icbari sığorta növləri üzrə sığorta haqları 113 milyon 552,7 min manat (artım 6,6%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (98 milyon 446,8 min manat), könüllü tibbi sığorta (69 milyon 729,7 min manat) və AVSMMİS (31 milyon 270,9 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Ümumilikdə, bu üç sığorta növü üzrə sığorta haqları hesabat dövründə sığortaçıların daxilolmalarının 56%-ni təşkil edib.
Cari ilin yanvar-may aylarında sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 136 milyon 799,9 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 45,8% çoxdur.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 110 milyon 747 min manat (artım 72,9%) və ya bazar üzrə bütün ödənişlərin 80,9%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 70 milyon 924,5 min manat (artım 2,4 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 39 milyon 822,5 min manat (artım 17,5%) məbləğində olub.
Yanvar-may aylarında icbari sığorta növləri üzrə ödənişlər 26 milyon 53 min manat (azalma 12,4%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (70 milyon 402,4 min manat), könüllü tibbi sığorta 30 milyon 885,7 min manat) və AVSMMİS (21 milyon 315 min manat) üzrə daha çox ödəniş ediblər. Ümumilikdə, bu üç sığorta növü üzrə ödənişlər hesabat dövründə bazar üzrə bütün ödənişlərin 89,6%-ni təşkil edib.
2020-ci ilin may ayının sonuna Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət