“Standard & Poor`s” (S&P) beynəlxalq reytinq agentliyi “Muğanbank” ASC-nin kredit reytinqini "B-/B" səviyyəsindən “ССС+/С” səviyyəsinədək endirib.Bu barədə agentlikdən məlumat verilir.
Agentlik mənfi gözləntilərin olduğu CreditWatch siyahısından bankın reytinqlərini götürüb. Reytinqlər 2020-ci il aprelin 20-də həmin siyahıya daxil edilib. Reytinqlər üzrə proqnoz “Neqativ”dir.
“Bankın reytinqlərinin endirilməsi cari böhran vəziyyətində bankın biznes modelinin davamlılığına dair narahatlığımızı əks etdirir. Son 2 ay ərzində depozitlərin geri alınması dayandırılıb, lakin, biz hesab edirik ki, depozitlərin geri alınmasının bərpası halında bank tərəfindən qısamüddətli likvidlik əmsalının minimal göstəricisi barəsində tənzimləyicinin tələblərini pozması ilə bağlı yüksək səviyyədə risk var. Ən pis ssenari şəraitində “Muğanbank” borc öhdəiklərini vaxtında və tam həcmdə ödəmək qabiliyyətində olmaya bilər”, - məlumatda qeyd olunur.
Agentliyin müətəxəssisləri hesab edirlər ki, 2020-ci ildə Azərbaycanda ÜDM-in göstəricisinin 6,6% səviyyəsində gözlənilən azalması bankın bazar mövqeyinin davamlılığına mühüm dərəcədə təzyiq göstərəcək, həmçinin onun sahibkarının banka dəstək göstərmək qabiliyyəti və hazırlığının sınağı olacaq.
“Biz yaxın aylarda “Muğanbank”ın likvidlik göstəricilərinin zəif qalacağını gözləyirik. 2020-ci il iyunun 19-na bankın likvid aktivləri 51 milyon manat təşkil edib (məcmu aktivlərinin 9%-ə yaxın). 2020-ci ildə bank qısamüddətli likvidlik əmsalı (minimum mümkün rəqəm – 30%) barəsində requlyativ tələbləri yerinə yetirməyə davam edib, lakin kiçik ehtiyat ilə. Belə ki, 2020-ci ilin may-iyun aylarında bu əmsal orta jesabla 38%, 19 iyuna olan vəziyyətə - 39,7% təşkil edib. Qiymətləndirmələrimizə görə, bu tarixə geniş likvid aktivlərin müştərilərin məcmu depozitlərinə nisbəti 2019-cu ilin sonunda 44% ilə müqayisədə 20%-ə yaxın təşkil edib. 2020-ci ilin əvvəlindən bankdan depozitlərin geri axını depozitlərin ümumi həcmindən 31% təşkil edib, bu da depozitlərin geri axını 25% təşkil edən 2016-cı ildə qeyd olunan vəziyyətdən daha pisdir. Müsbət amil kimi qeyd edirik ki, 2020-ci ilin may-iyun aylarında fiziki və hüquqi şəxslərin depozitlərinin geri axını cari ilin dörd ayı ilə müqayisədə mühüm dərəcədə azalıb, bu da neftin qiymətinin ucuzlaşması və Covid-19 pandemiyası ilə bağlı narahatlıq nəticəsində manatın gözlənilən zəifləməsi ilə əlaqədardır”, - məlumatda vurğulanır.
Agentliyin mütəxəssislərinin rəyinə görə, 2020-2021-ci illərdə “Muğanbank”BMHS üzrə hesabatda zərərini əks etdirəcək, bu da marja göstəricilərinə təzyiq və iqtisai azalma və Covid-19 pandemiyasının təsiri ilə əlaqədar kreditlər üzrə itkilərə ehtiyatların artımı ilə şərtlənir.
“2020-ci il mayın 31-nə olan vəziyyətə görə bank kapitalın kifayətlilik əmsalına dair tənzimləyicinin tələblərini yerinə yetirib: onun 1-ci dərəcəli kapital əmsalı 5% minimum ilə müqayisədə 13,7%, məcmu kapitalının kifayətlilik əmsalı isə 10% minimum ilə müqayisədə 15,0% təşkil edib”, - agentlik qeyd edir. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət