Prezident İlham Əliyev Əfqanıstan və Türkmənistan prezidentlərinə birgə layihələrin müzakirə edilməsi üçün hökumət işçi qrupunun yaradılmasını təklif edib.
Dövlət başçısı bu təklifi bu gün Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfrans vasitəsilə keçirilən görüşdə edib.
“Sizin təkliflərinizi nəzərə alaraq mən birgə hökumət işçi qrupunun yaradılmasını təklif etmək istərdim. Çünki bu gün bizim müzakirə etdiklərimiz yalnız nəqliyyat sahəsi ilə bağlı deyil. Biz investisiya, ticarətlə bağlı müzakirələr apardıq, telekommunikasiya barədə məsələləri müzakirə etdik. Bütün bu məsələlər çox mühüm əhəmiyyət kəsb edir”, - deyə İ.Əliyev bildirib.
Onun sözlərinə görə, aidiyyəti hökumət üzvlərinə göstərişlər verilə bilər ki, hər tərəfdən bir işçi qrup yaradılsın və bizim müzakirə etdiyimiz bütün məsələləri - enerji təhlükəsizliyi, neft, neft məhsulları və qaz təchizatı məsələlərini, tariflərin unifikasiyasını, gömrük qaydalarını, investisiya imkanları ilə bağlı yeni ideyalarımızı əhatə etsin.
Prezident əlavə edib ki, Azərbaycan və Türkmənistan Xəzərin dibi ilə fiberoptik kabel xətti çəkəcək, bu, sonradan Avropaya və Əfqanıstanla qonşu ölkələrə qədər genişləndirilə bilər.
Prezident Qəni qeyd edib ki, Əfqanıstanda 8 ərazidə quru limanların yaradılması planlaşdırılır. “Biz həm Azərbaycanın özəl sektoru, həm də Türkmənistanın dövlət sektoru ilə birgə əməkdaşlıq etməyə hazırıq. İkinci məsələ ondan ibarətdir ki, biz çox mühüm ticarət və enerjini inkişaf etdirmişik. Məqsədimiz Azərbaycandan Əfqanıstana enerji dəhlizini yaratmaqdır. Potensialda onu Pakistan və Hindistana genişləndirməkdir - Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz boru kəməri tamamlanana qədər orada gördüyümüz işlərə müvafiq olaraq. Bizim üçün maraqlı olan məsələ odur ki, enerji alışının növləri rəqabət xarakterli deyil, əksinə, bir-birini tamamlayır. Biz Azərbaycandan neft əldə edirik, dizel yanacağını və təbii qazı Türkmənistandan alırıq”, - deyə o bildirib.
Ə.Qəni əlavə edib ki, Əfqanıstan üçün iki qardaş ölkə - Azərbaycan və Türkmənistan prioritet təşkil edir. “Biz Azərbaycanın və Türkmənistanın özəl şirkətlərinə Əfqanıstanla müştərək müəssisələr yaratmağı təklif edirik, xüsusilə kənd təsərrüfatı sahəsində”, - deyə Əfqanıstan prezidenti vurğulayıb.
Qəni hesab edir ki, gələcəkdə üçtərəfli mexanizm Türkiyə və Gürcüstan da cəlb olunmaqla genişləndirilə bilər.*
N.Abbasova
Babayev 2024-cü ildə COP29-un Azərbaycanda keçirilməsi məsələsi ilə bağlı konsensu barədə bəyan edib
Əliyev Keniya prezidentini milli bayram münasibətilə təbrik edib
Nazirlər Kabineti 2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini müəyyən edib
Azərbaycanın qərbində avtomobil yolunun əsaslı təmiri üçün AAYDA-ya 2 milyon manat ayrılacaq
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
HƏMAS lideri Sinvar Qəzza zolağının şimalını humanitar konvoyda tərk edib
İsrail özü Qəzzada əməliyyat müddətinə dair qərar qəbul edir, Vaşinqton heç nəyə çağırmır
Dövlət Departamenti İsrailə $106,5 milyonluq tank mərmilərinin göndərilməsini təsdiqləyib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək
Bank Respublika “İkiqat Dəstək” mikro kredit kampaniyasına start verir!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək