Rumıniyanın Rəqabət Şurası “SOCAR Petroleum SA Romania” şirkətinə (SOCAR-ın Rumıniyadakı "törəmə"si) “IPECO S. A.” şirkəti tərəfindən istismar edilən 5 yanacaqdoldurma məntəqəsini (YDM) icarəyə götürmək hüququnun verilməsinə dair sövdələşməni təsdiq edib.
"Rumıniyanın Rəqabət Şurası "SOCAR Petroleum SA" şirkətinə Gorj vilayətində “İPECO S. A.” tərəfindən idarə olunan 5 YDM-nin istismara verilməsi hüququ verən sövdələşməni təsdiq edib", - Rumıniyanın antiinhisar orqanı bildirir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Şuranın məlumatına görə, “SOCAR Petroleum SA” tərəfindən 5 yanacaqdoldurma məntəqəsi uzunmüddətli icarə əsasında istismar ediləcək.
Sövdələşmənin məbləği açıqlanmır.
“Rumıniyanın Rəqabət Şurası bu ilin aprel ayında “Aral MTB SRL” şirkətinin nəzdində fəaliyyət göstərən 6 yanacaqdoldurma məntəqəsinin istifadə hüququnun 10 il müddətinə “SOCAR Petroleum SA”ya keçməsinə icazə verib.
Hazırda Rumıniyanın 20 regionunda “SOCAR” brendi ilə 53 YDM fəaliyyət göstərir. Şirkət bu ölkədəki yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırmağı planlaşdırır.
SOCAR Rumıniyada neft məhsullarının pərakəndə satışı bazarında fəaliyyətə 2011-ci ildən başlayıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət